Icma.az
close
up
RU
Sabiq deputat ittihamlarını davam etdirir: “Əmrullayev təhsil mühitini dağıtmaq üçün…”

Sabiq deputat ittihamlarını davam etdirir: “Əmrullayev təhsil mühitini dağıtmaq üçün…”

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

“Elm və təhsil naziri Emin Əmrullayevin təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr paylaması barədə yazım geniş rezonansa səbəb oldu”.

Yenicag.az xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev bildirib.

O daha sonra fikirlərini belə davam etdirib:

“İki faktı yazmışdım: E. Əmrullayev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini oldu) “Azərşəkər” MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib.

Bu harasıdır…

Emin Əmrullayev Elm və Təhsil Nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda “Azgranata” MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. Bəs ağızdolusu təhsilin iqtisadiyyatından danışanda inanmırdınız ki, “Azgranata” nəzərdə tutulur?

Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli “Astaraçay” MMC-də şöbə müdiri vəzifəsində işləyib.

Təhsil İnstitunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə direktor təyin olunan İbrahim Baxışlı “Azgranata” MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb

Riyaziyyatçı – alim, əsl təhsil bilicisi mərhum Bayram Heydərov min bir əziyyətlə, sağlamlığını qurban verərək mükəmməl təhsil müəssisəsi olan “Zəngi” liseyini yaratmışdı. Bayram Heydərov vəfat etdikdən sonra Əmrullayev bilərəkdən həmin liseydə təhsil mühitini dağıtmaq, oranı bazara çevirmək məqsədilə qrant layihələrində ortağı olan Almaz Əsgərova adlı bir qadının direktor təyin edilməsinə nail oldu, onu xüsusi olaraq himayə etdi və məqsədlərinə çatdılar. İndi həmin liseyin adı heç yerdə çəkilmir…”.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 16 Fevral 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri