Sabiq deputat saxlanıldı Taksi sürücüsü işləyirmiş KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Florida ştatında Rusiya vətəndaşı Aleksey Sergeyev saxlanılıb. Dələduzluqda ittiham olunan və beynəlxalq axtarışa verilən Sergeyevin Rusiyada Saratov vilayət Dumasının sabiq deputatı olduğu bildirilir. TASS-ın məlumatına görə, o, Rusiyada qiyabi olaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata əsasən, Sergeyev 2021-ci ildə Mayamiyə köçüb və burada gözə dəymədən yaşamağa çalışıb. O, Mercedes-Benz GLE 350 markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərib, eyni zamanda mənzil və evlərdə kafel-metlax işləri ilə məşğul olub.
İstintaqın versiyasına görə, Sergeyev faktiki olaraq tikinti şirkətlərindən birinə rəhbərlik edib. Həmin şirkət Saratov şəhərində inşa edilən yaşayış binasındakı bir neçə mənzili onunla əlaqəli olan təşkilatın 40 milyon rubldan artıq borcunun əvəzinə verib.
Nəticədə tikintinin davam etdirilməsi üçün vəsait çatışmazlığı yaranıb, bina tamamlanmayıb və təxminən 200 payçı mənzilsiz qalıb.
Sabiq deputat barəsində cinayət işi 2018-ci ildə açılıb. Həmin vaxt o, xaricə qaçaraq istintaqdan gizlənib və beynəlxalq axtarışa verilib.
Hazırda Sergeyev Mayamidəki müvəqqəti saxlama mərkəzindədir. Lakin onun avtomatik olaraq Rusiyaya təhvil verilməsi gözlənilmir. Çünki ABŞ və Rusiya arasında ekstradisiya müqaviləsi yoxdur.
Natiq Səlim,
KONKRET.az
Baxış sayı:42
Bu xəbər 19 Noyabr 2026 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















