Sabiq nazir həbsxanada huşunu itirdi
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Türkiyədə fond araşdırması çərçivəsində saxlanılan sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya həbsxanada huşunu itirib.
Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, Kaya saxlanıldığı Silivri Həbsxanasında xəstələndikdən sonra xəstəxanaya aparılıb. Onun huşunu itirdiyi deyilir.
Kaya daha sonra Mərmərə Həbsxanası Dövlət Xəstəxanasına aparılıb. Sabiq nazirin xəstəxanada müxtəlif müayinələrdən keçdiyi, müalicəsinin başa çatdığı və evə buraxıldığı bildirilib.
Qeyd edək ki, Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı apardığı fond istintaqı çərçivəsində saxlanılıb.
Murad Məmmədli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 19 Noyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















