Icma.az
close
up
RU
Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Formula 1-ə ayrılan pulları mənimsəmə ittihamı ilə mühakimə olunan Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovu məhkəməyə çağırır. 

Modern.az xəbər verir ki, "Qafqazinfo” A. Rəhimovun bu cinayət işi üzrə istintaq başlayan vaxt prokurorluqda müstəntiqə nə danışdığını öyrənib. 

Əvvəlki yazılarımızdan birində A.Rəhimovun bu iş üzrə dindirilməsi barədə qısa məlumat versək də, məhkəmə istintaqı başlamadığı üçün əlavə nə isə qeyd edə bilməmişdik. A. Rəhimov "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəhbəri olub. Hazırda 400 min manat yeyintidə təqsirləndirilən Çingiz Mehdiyev isə şirkətin şöbə rəisi işləyib. Sonuncunun vəkili məhkəmə istintaqının sonuna yaxın bütün kartları açıb. Müdafiəçi şirkətin rəhbərinin şahid qismində tanınmamasına etiraz edib, "Formula 1-in təşkili üçün 150 milyon ayrılır. Arif Rəhimov da dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli idi” deyib. 

A.Rəhimov isə istintaqa ifadəsində bildirib ki, işçisinin yeyintisindən, xaricə köçürmələr etməsindən xəbəri olmayıb: "Biz işə qoşulanda yarışların başlanmasına 8 aydan az vaxt qalmışdı. Bu səbəbdən işlərin icrasına təxirə salınmadan başlanılması və qısa müddət ərzində başa çatdırılması üçün Gənclər və İdman Nazirliyinə tapşırıq verildi. Müstəsna hal kimi, Formula 1 Avropa Qran Pri yarışlarının təşkili ilə bağlı satınalma predmetinə aid olan bütün işlərin satınalınması məqsədilə bu sahədə təcrübəsi olan, danışıqlar əsasında seçilən təşkilatlarla birbaşa müqavilə bağlanmasına icazə verildi. Bu səbəbdən "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin İdman şöbəsinə lazım olan mallarla bağlı həmin şöbənin müdiri işləyən Çingiz Mehdiyev sifariş verdi. Həmin sifariş əsasında Təchizat şöbəsinin rəisi işləmiş Zaur Məlikaslanov tərəfindən malların təchizi ilə bağlı "Dayton İnvestments LTD” adlı şirkətin verdiyi təkliflər uyğun olduğundan müsbət qiymətləndirilərək həmin şirkətlə müqavilə bağlanıldı”.

Arif Rəhimovun dediyinə görə, müqavilə bağlanıldıqdan sonra malların qiyməti göstərilməklə sifariş orderi Ç. Mehdiyev tərəfindən tərtib edilib, o və Təchizat şöbəsinin rəisi tərəfindən imzalanıb. Eyni qaydada vergi orqanlarında fiziki şəxs kimi qeydiyyatdan keçmiş Abdullayev Mais Məlik oğlu ilə də müqavilələr bağlanılıb: "Qeyd olunan müqavilələr bağlanan tərəflərin  Mehdiyevlə əlaqəsinin olmasından, müqavilələrə görə dövlət büdcəsidən ayrılmış pul vəsaitinin Çingiz Mehdiyev tərəfindən mənimsənilməsindən məlumatım olmayıb. Eyni zamanda "Bakı Şəhər Halqası” tərəfindən müqavilə əsasında "Dayton İnvestments LTD”yə (Çingiz Mehdiyevin ofşor zona - Seyşel adalarında anasının adına təsis edilmiş şirkət-red.) köçürülən ümumi məbləğdən 359.339,60 ABŞ dolları məbləği hissəsində malların əslində xarici ölkədən gəlməməsindən, Çingiz Mehdiyevin xarici köçürmələr edərək özünün və qardaşının adına ABŞ-də mülklər almasından qətiyyən xəbərim olmayıb”.

Hazırda Mehdiyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam edir. Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər Arif Rəhimovun məhkəmədə dindirilməsinin vacib olub-olmadığını fikirləşirlər. Prokuror isə Rəhimovun dindirilməsinə etiraz etmir.

Təqsirləndirilən şəxs isə 397 min 852 manat məbləğində dəymiş ziyanın cəmi 100 min manatını qaytarıb. Hələ ki, qalan hissəni ödəmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri