Sabiq prezidentin təltifləri əlindən alındı Atambayev barəsində 11,5 il məhkəmə qərarı verildi
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət mükafatlarından məhrum edilib.
Bakupost.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, ölkə prezidenti Sadır Japarov bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Almazbek Atambayevin Qırğızıstanın ali fərqlənmə dərəcəsi olan “Qırğız Respublikasının bahadırı”, II cərədəcli “Manas” ordeni, “Danaker” ordeni və “Dank” medalıları əlindən alınıb. Hüquq-mühafizə orqanlarına həmin mükafatların dövlət fonduna təhvil verilməsi tapşırılıb.
Qeyd olunur ki, bu qərar məhkəmə hökmünün icrası çərçivəsində qəbul edilib. Atambayev 2011–2017-ci illərdə Qırğızıstan prezidenti olub. O, 2020-ci ildə kriminal avtoritet Aziz Batukayevin qanunsuz azadlığa buraxılması işi üzrə 11 il 2 ay azadlıqdan məhrum edilsə də, sonradan bu hökm ləğv edilərək iş yenidən baxılması üçün məhkəməyə qaytarılıb.
2023-cü ildə Almazbek Atambayev azadlığa buraxılıb və müalicə məqsədilə ölkəni tərk etməsinə icazə verilib. Hazırda onun ölkədən kənarda olduğu bildirilir.
Qırğız mediası xatırladır ki, 2025-ci ilin iyun ayında Atambayev qiyabi qaydada 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökm torpaq sahələrinin qanunsuz əldə edilməsi, qanunsuz varlanma və 2019-cu ilin avqustunda Koy-Taş kəndində baş vermiş iğtişaşlarda iştirakla bağlı üç cinayət işi üzrə çıxarılıb. Hökmə əsasən, sabiq prezidentin əmlakının müsadirəsi və dövlət mükafatlarından məhrum edilməsi də nəzərdə tutulub.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Bolqarıstanda prezidentin bu səlahiyyəti əlindən alındı
03 Oktyabr 2025 19:55
Karapetyanın şirkəti əlindən alındı
08 İyul 2025 21:58
Sürücülük vəsiqəsi əlindən alındı
21 Noyabr 2025 08:46
Şeyxin bu səlahiyyəti əlindən alındı
22 May 2025 11:41
Azərbaycanlı deputatın mandatı əlindən alındı
04 İyun 2025 10:45
Baxış sayı:102
Bu xəbər 29 Dekabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















