Icma.az
close
up
RU
Sabiq səfir: “Azərbaycan hakimiyyəti gələcək nəsillərə problem saxlamaq istəmir” MÜSAHİBƏ

Sabiq səfir: “Azərbaycan hakimiyyəti gələcək nəsillərə problem saxlamaq istəmir” MÜSAHİBƏ

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıçdır. 

Onunla Suriyada baş verənlər və Türkiyənin prosesdəki rolu, Zəngəzur dəhlizi və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı haqqında söhbət etdik. 

- Hulusi bəy, hazırda Suriyanın bölünmə ehtimalı var?

- Mən 2000-2005-ci illərdə Hələbdə Türkiyənin baş konsulu olmuşam. Yəni Suriyanı çox yaxşı tanıyıram. 13 il əvvəl Suriyanın parçalanma ehtimalı yox idi. Hazırda isə PYD/YPG terrorçularının ələ keçirdiyi yerlərdə Suriya vətəndaşları yaşayır. 

Suriyanın yeni hakimiyyəti ölkənin bütün torpaqlarına sahib çıxacaq. Türkiyə də Suriyanın ərazi bütövlüyünü tanıyır. Biz parçalanmış Suriya istəmirik. Qonşumuzun suverenliyi bizim üçün də əhəmiyyətlidir. 

Mən Suriyanın parçalanma ehtimalının real olduğunu düşünmürəm. Lakin müəyyən çətinliklər yaşana bilər. Kənardan Suriyaya edilən müdaxilələr beynəlxalq hüquqa ziddir. Suriya Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvüdür. Yəni xəritəsi bu gün necədirsə, sabah da elə olmalıdır. Hansısa dövlətlərin istəyi ilə Suriyanın torpaqları bölünə bilməz.

- Türkiyənin bundan sonra Suriyadakı rolu necə olacaq? 

- Türkiyə uzun illərdir ki, Suriya ilə dostdur, qonşudur. Aramızda  911 kilometrlik sərhəd var. Suriya Türkiyədən hansı yardımı istəsə, o da ediləcək. Hər kəs bilməlidir ki, türk xalqı hər zaman qapılarını açan xalqdır.

1492-ci ildə yəhudilər İspaniyadan qovulanda, onlara qapılarını açan yeganə millət türklər idi. Suriyada da 13 il əvvəl başlayan müharibə zamanı suriyalılar üçün qapılarını açan ölkə yenə Türkiyə oldu. Ölkəmizdə milyonlarla suriyalı qaçqın yaşayır. Bunu edən başqa dövlət yoxdur. Üstəlik, biz onları məcburi şəkildə də göndərməyə çalışmırıq. 

2000-ci ildən etibarən Türkiyə ilə Suriya arasındakı münasibətlər sürətli inkişaf edib. Lakin Suriyada yaşanan müharibə istər-istəməz münasibətlərə təsir göstərdi. Ancaq müharibə bitən kimi Suriyaya ilk dəstək verən və orada səfirlik açan birinci ölkə də məhz Türkiyə oldu. 

- Yəni Türkiyə Suriya üçün əlindən gələni etməyə davam edəcək... 

- Bəli. Biz qonşularımızın rahat yaşamasını istəyərik. Üstəlik, həm Suriyada, həm də Türkiyədə qohumları olan iki xalqdan bəhs edirik. Ona görə də Türkiyə Suriyaya nə kömək lazım olsa, edəcək. İstər ordu quruculuğunda, istərsə də iqtisadi inkişaf baxımından dəstək olacağıq. 

Suriya Türkiyə üçün Yaxın Şərqə keçid körpüsüdür. Suriya və digər körfəz ölkələri üçün də Türkiyə keçidə görə əhəmiyyətlidir. Rəsmi Ankara Suriyada baş verənlərə biganə qala bilməz. Türkiyə Suriya üçün Fransa, ABŞ və ya Almaniya deyil. Biz qonşu ölkələrik, nə lazımdırsa, onu da edəcəyik. Buna heç kim qarışa bilməz. 

- Yeni Suriya hakimiyyəti YPG terror qruplaşmasına qarşı mübarizəyə başlayıb. Artıq bir çox bölgə terrorçulardan təmizlənib. Necə düşünürsünüz, YPG-nin Suriyada yerləşdiyi bütün əraziləri təmizləmək mümkündür? 

- Artıq Suriyanın bir çox ərazisi YPG terrorçularından təmizlənib. Tezliklə yerdə qalan ərazilər də terrorçuların işğalından qurtarılacaq. Suriyanın yeni hakimiyyəti PKK terrorçuları ilə görüşməyi də rədd etdi. Əminəm ki, yeni Suriya hakimiyyəti ölkəni tamamilə terrorçulardan təmizləyəcək. Bəlkə də bu, çox qısa müddətdə olmaz, amma bir neçə aya baş verər. Bu məsələ ilə bağlı Türkiyə də üzərinə düşəni edəcək.

- Türkiyə çox uzun illərdir PYD/YPG terror qruplaşmalarına qarşı mübarizə aparır. Sizcə, ABŞ YPG ilə mübarizədə Türkiyəyə dəstək verəcək, yoxsa onun qarşısını almağa çalışacaq?

- Türkiyə və ABŞ NATO-da müttəfiq olan ölkələrdir. NATO isə terrora qarşı mübarizə aparan təşkilatdır. Alyansda yer alan ən önəmli iki ölkə də məhz ABŞ və Türkiyədir. ABŞ hakimiyyəti dürüst davransa, müttəfiqi olan ölkəyə yönəlik terror təhdidlərinə qarşı mübarizə aparar və onları yox etməyə çalışır. Biz yeni ABŞ hakimiyyətinin yanımızda olmasını istəyərik. Onlar da bizi dinləməlidirlər. 

Məsələn, ABŞ terror qruplaşması İŞİD-in Suriyada olduğunu iddia edir. Lakin İŞİD orada yoxdur. İŞİD-lə ən çox mübarizə aparan ölkə də Türkiyədir. Ona görə də bu yalana inanmırıq. ABŞ zamanında İraqda da kütləvi qırğın silahları olduğunu iddia edərək, oranı işğal etdi. Sonradan isə bunun böyük bir yalan olduğu ortaya çıxdı. Ümumi olaraq isə deyə bilərəm ki, Türkiyə ABŞ ilə əməkdaşlıq etməyə hazırdır. Lakin ölkəmiz özünə yönəlik bütün terror təhdidlərinə qarşı çox sərt olub və olacaq. 

- Zəngəzur dəhlizi ilə bağlı proseslərin necə inkişaf edəcəyini gözləyirsiniz?

- Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilir. Artıq bir çox məsələlər barədə razılıq əldə olunub. Lakin rəsmi Bakının haqlı olaraq İrəvandan tələbləri var. Ermənistanın konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmalıdır. Azərbaycan hakimiyyəti bu məsələ ilə bağlı gələcək nəsillərə problem saxlamaq istəmir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Zəngəzur dəhlizi ilə bağlı məsələ də həllini tapmalıdır. 

Dəhlizin açılması isə artıq Ermənistandan asılıdır. Rəsmi İrəvan konstitusiyasındakı ərazi iddialarını aradan qaldırmalı və sülh müqaviləsi imzalamalıdır. İnşallah, ən qısa müddətdə bu problemlər öz həllini tapar və tərəflər arasında sülh müqaviləsi imzalanar. Bu, bölgənin və ermənilərin inkişafı üçün də olduqca mühümdür.

- Əsas məsələlərdən biri dəhlizinin təhlükəsizliyidir. Sizcə, dəhlizin təhlükəsizliyi hansı ölkənin nəzarətində olmalıdır?

- Zəngəzur dəhlizi Ermənistan torpaqlarından keçdiyi üçün istər-istəməz təhlükəsizlik nəzarəti onlarda olacaq. Çünki hansısa ölkənin içərisində başqa ölkə təhlükəsizliyə nəzarət edə bilməz. Hətta Rusiyanın da bunu edəcəyi sual altındadır. Ancaq hər iki ölkənin razılığı ilə rus hərbçiləri Zəngəzur dəhlizinin təhlükəsizliyinə nəzarət edə bilərlər. 

Lakin buna baxmayaraq, İrəvan hakimiyyəti nəzarətin özündə olmasını istəyir. Hətta mən düşünürəm ki, tunel olsa, daha yaxşı olar. Yəni bir başdan girib o biri başdan çıxarlar. Beləliklə, Azərbaycan vətəndaşları Ermənistanın quru sərhədindən keçməzlər. Məncə, ən gözəl seçim tuneldir. İndiki texnologiya ilə 43 kilometrdə tunel yolu yaratmaq çətin deyil. Onu 2-3 il ərzində bitirmək olar. 

- Bəs Ermənistan qəbul etməsə və dediyiniz kimi, tunel layihəsi olmasa, Azərbaycan özü dəhlizin təhlükəsizliyi ilə bağlı nəzarəti ələ ala bilər?

- Bu ehtimalın reallaşmasının çətin olacağı qənaətindəyəm. Çünki başqa bir ölkənin torpağında bunu zorla etmək olmaz. Əslində, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. 1921-ci ildə Rusiya Zəngəzuru qanunsuz şəkildə Azərbaycandan alaraq Ermənistana hədiyyə etdi. Ona görə də həmin torpaqların əsl sahiblərinə qaytarılması lazımdır. Bundan başqa, Zəngəzur dəhlizinə paralel bir yol İran üzərindən çəkildi. Yəni Zəngəzur dəhlizi açılmasa, itirən tərəf məhz Ermənistan olacaq. 

Bütün bunların fonunda Ermənistan ağlını başına yığaraq Azərbaycanla əməkdaşlıq etməlidir. Ermənilər də bundan sadəcə qazanc əldə edərlər. Məsələn, Ermənistan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələrindən kənarda qaldı. Gürcüstanın bu işdən nə qədər yararlandığını görürük. Yəni Zəngəzur dəhlizinin açılması da çox önəmlidir. Ermənistan bununla bağlı ən qısa zamanda Azərbaycanla işbirliyinə getməlidir. 

- Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında daha hansı müsbət dinamika olmalıdır? İki qardaş ölkə arasındakı əlaqələrin inkişafı üçün bundan sonra hansı addımlar atıla bilər?

- Azərbaycan-Türkiyə münasibətləri çox özəldir. Dünyada heç bir ölkə arasında belə münasibət yoxdur. 1991-də Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub. 1993-cü ildə Azərbaycanın torpaqlarını işğal etdikdən sonra Türkiyə Ermənistanla sərhədlərini bağladı. 

Artıq 31 ildir Türkiyənin Ermənistanla sərhədi bağlıdır və diplomatik əlaqələri yoxdur. Dünyada bunun da nümunəsi yoxdur. Yəni bir ölkə başqa bir ölkə üçün 31 il ərzində sərhədini bağlamaz. Bu, tərəflər arasında necə dərin bir qardaşlıq əlaqələri olduğunu göstərir. Azərbaycan istəmədiyi təqdirdə həmin sərhədlər açılmayacaq. Bu, bizim həmrəyliyimizin zirvəsidir. 

- Həmçinin, Şuşa Bəyannaməsi də Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı... 

- Bəli, 15 iyun 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində siyasi, iqtisadi, hərbi, mədəni və bütün sahələrə aid maddələr var. Bəyannaməyə əsasən, Azərbaycana qarşı hər hansı hücum olarsa, Türkiyə, Türkiyəyə hücum olarsa, Azərbaycan müdaxilə edə bilər. Bu da NATO-nun 5-ci maddəsidir. Türkiyə NATO üzvü olaraq təcrübələrini Azərbaycanla bölüşər. 

Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan münasibətləri hər keçən gün daha da inkişaf edir. Bu münasibət Türk Dövlətləri Təşkilatına da güc qatır. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması Türk Dövlətləri Təşkilatının inkişafına da dəstək olur. Tərəflər arasında qardaşlıq münasibətləri sonsuza qədər davam edəcək.

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see132

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see131

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see128

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see128

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see123

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see123

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see122

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see120

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see119

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see119

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see117

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see116

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see113

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see113

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see112

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see111

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri