Icma.az
close
up
RU
Sabiq səfir: Siyasi gündəmlə maraqlanıram, köhnə qvardiya parlamentə qayıdıb... MÜSAHİBƏ

Sabiq səfir: Siyasi gündəmlə maraqlanıram, köhnə qvardiya parlamentə qayıdıb... MÜSAHİBƏ

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, eks-deputat, Xalq yazıçısı Elmira Axundova çoxdandır mətbuat səhifələrində görünmür.

Elmira Axundova ilə bağlı sonuncu sərəncamlar 2023-də imzalanıb. Həmin il mayın 23-də Prezident onu Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırıb. Oktyabrın 17-də isə dövlət başçısı E.Axundovanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Himayəçilik Şurasının üzvü təyin edib.

Elmira Axundova Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı olub. Bəs o, indi haralardadır?

Mia.az xəbər verir ki, o, Modern.az-a aşaöğıdakı müsahibəni verib:

- Elmira xanım, çoxdandır mətbuata çıxmır, ictimai-siyasi meydanda görünmürsünüz. Bilmək olarmı haralardasınız?
- Mən Xalq yazıçısıyam, yazıçılıqla məşğulam. Üstəlik həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Himayəçilik Şurasının üzvüyəm. Cənab Prezident məni bu quruma təyin etməklə böyük etimad göstərib. Boş dayanmamışam, yazıb-yaradıram.
- Nə yazırsınız, hansı yeni kitabınız işıq üzü görüb?
- Mənim Özbəkistanda təzə kitabım çıxıb - “Zərifə və Heydər Əliyevlər” adlanır. Aprel ayının axırında həmin kitabın təqdimatı üçün Özbəkistana gedəcəm. May ayında isə Almatı şəhərində olacam, Qazaxıstanın görkəmli ictimai-siyasi xadimi Oljas Suleymanov məni ora dəvət edib.

Bundan başqa, “Heydər Əliyev Azərbaycan muktikulturalizminin banisi kimi” adlı kitab yazmışam. İnşallah, bir-iki aya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi onu tərcümə edəcək. Antologiya materialım da çıxıb. “Libraff” nəşriyyatı təzəliklə mənim iki cildlik “Heydər Əliyev və yaradıcı ziyalılar” adlı Azərbaycan dilində kitabımı buraxır. Kitab Mədəniyyət Nazirliyi tərəfindən çap etdirilir. Tezliklə “525-ci qəzet”də Heydər Əliyevlə əlaqədar silsilə yazılarım da dərc olunacaq.
- Amma həm də görünmürsünüz?
- Görünmürəm ona görə ki, siyasətlə məşğul deyiləm. Yazıçılıqla məşğulam. Mən Xalq yazıçısı kimi bu adı gərək doğruldam. Bu, böyük tituldur, Xalq yazıçısı adından yüksək ad var?
Deyirsiniz siyasətlə məşğul deyilsiniz. Heç siyasi gündəmi də izləmirsiniz?
- Niyə ki... Siyasi gündəmlə maraqlanıram, ölkədə və dünyada baş verən hadisələri, siyasi prosesləri izləyirəm.
- Uzun illər parlamentin deputatı olmusunuz. Hazırkı VII çağırış Milli Məclisin fəaliyyətindən xəbərdarsınızmı?
- Bəli, əlbəttə. Mənə elə gəlir ki, indiki deputatlar üçün işləmək daha rahat və rəvandır. Parlamentdə mənim dostlarım da fəaliyyət göstərirlər. Rəşad Mahmudovdan tutmuş Siyavuş Novruzovadək... Sevinirəm ki, köhnə silahdaşlarımız Vüqar Rəhimzadə, Səyyad Aran kimi adamlar yenidən parlamentə qayıdıblar. Mən onlara “köhnə qvardiya” deyirəm.
90-cı illərin əvvəlində Heydər Əliyevin yanına gedirdik - Naxçıvana. Onda hamı qorxanda biz Heydər Əliyev haqqında müsbət yazılar yazırdıq. Mən mütəmadi şəkildə Ümummilli liderlə əlaqə saxlayırdım. Özü də sonralar bu barədə yazıçıların qurultayında danışdı, dedi ki, Elmira xanım kimiləri mənimlə danışmaqdan, görüşməkdən qorxmurdu. Onun mənim fəaliyyətimi qiymətləndirməsi sevindirici idi. Mən Siyavuş Novruzovu, Səyyad Aranı, Vüqar Rəhimzadəni onda tanıdım. Onları indi Milli Məclisdə görüb sevinirəm ki, bizim qvardiya hələ də işləyir.
Bugünkü parlamentdə gənclər də çoxdur. Xanımları da görürəm. 2005-ci ildə qadın deputatların sayı 11 nəfər idi. İndi isə maşallah, 30-a yaxın qadın deputat var. Özü də hamısı seçmə, bir-birindən samballı. Orada Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevanı görürəm. Çox yaxşı işlər görürdü, indi də görür. Tənzilə Rüstəmxanlı “boevoy” qadındır. Onun xətrini çox istəyirəm. Başda Milli Məclisin sədri Sahibə xanım olmaqla, bütün qadınlar deputat kimi yaxşı fəaliyyət göstərirlər.
Bizim vaxtımızda parlamentin iclaslarında tez-tez mübahisələr olurdu. İndi işləmək daha rahatdır, sakitlikdir, çünki respublikamızda hər şey axarına düşüb. Mənə elə gəlir ki, böyük problemlər yoxdur. Buna baxmayaraq, bizim bəzi köhnə deputatlar lazımi məsələləri qaldırırlar. Sağ olsunlar.
- Siz 2020–2023-cü illərdə Azərbaycanın Ukraynadakı səfiri olmusunuz. Rusiya-Ukrayna müharibəsi də həmin dövrdə başladı. Yəqin ki, Ukrayna ətrafında cərəyan edən hadisələri izləyirsiniz. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Ukrayna ilə əlaqədar ürəyim ağrıyır. Çünki mənim bir tərəfim Ukraynadandır. Mənim oradakı qohumlarım da çox çətin vəziyyətdədirlər. Orada dostlarım, yarımçıq layihələrim qalıb. Əlbəttə ki, ürəyim sızıldayır, içim qan ağlayır. Ukrayna üçün çox narahatam.
Amma Rusiya üçün də hər şey yaxşı deyil. Bu müharibədə on minlərlə insan həlak olub.  Çox istəyərdim ki, münaqişə tezliklə həll olunsun.
Ukraynalılar çox qorxurlar ki, torpaqları Rusiyaya güzəştə gediləcək. Axı biz də bu çətinliyi  yaşamışıq. Torpaqlarımız 30 il işğal altında qalmışdı. Belə bir vəziyyətdə müdrik Heydər Əliyev atəşkəs sazişi imzaladı. 30 il özümüzü toxdatdıq, işlədik, müharibəyə hazırlaşdıq.
- ABŞ prezidenti Donald Tramp Ukraynanı atəşkəsə məcbur etmək istəyir. Sizcə, düzmü edir?
- Mən səfir vəzifəsində işləyərkən ukraynalılara deyirdim ki, qorxmayın, torpaqların işğalı  müvəqqətidir. Gec-tez o torpaqlar əzəli yiyəsinə qayıdacaq. Torpaqlar həmişəlik işğal altında qala bilməz. Heç mümkün də deyil ki, işğal altındakı torpaqların sahibi bununla barışsın.
Hesab edirəm ki, Ukrayna tərəfi indiki məqamda atəşkəs sazişinə getməlidir. Belə bir misal var: ən pis sülh yaxşı müharibədən yaxşıdır. Ona görə də Ukrayna tərəfi atəşkəs sazişindən qorxmamalıdır, vaxt qazanmalı, özlərini toparlamalı, ölkəni səhmana salmalı, camaata gün ağlamalı, eyni zamanda da ordunu gücləndirməlidir. Ukrayna indiki ordunu 3 ildə hazırladı. Orduları yox idi. Mənə elə gəlir ki, ABŞ lideri Donald Tramp hər şey düz edir. O istəyir ki, müharibə dayansın, danışıqlar masasına otursunlar, görsünlər nə edirlər.
Bəli, hələ ki Rusiyada nələrsə qalacaq. Rusiya qan bahasına aldığı torpaqları çətin qaytaracaq. Çünki bunun üçün vuruşub. Amma indiki məqamda Ukrayna müharibəni davam etdirmək istəsə, bunu necə edəcək? Axı silahı çatışmır, ordusu zəifləyib. Kim ona kömək edəcək? Avropa? Gördük Avropanın zəifliyini. Tramp çətin adamdır, amma düz edir. Mənə elə gəlir ki, ona qulaq asmaq lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Mart 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri