Icma.az
close
up
RU
“Sabir Rüstəmxanlı dilinin tezlik lüğəti” nəşrə hazırlanır

“Sabir Rüstəmxanlı dilinin tezlik lüğəti” nəşrə hazırlanır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə “Sabir Rüstəmxanlı dilinin tezlik lüğəti” çapa hazırlanır.

Bu barədə AZƏRTAC-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü məlumat verib.

Kitab Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr edilir.

Əsərin müəllifi filologiya elmləri doktoru, professor İlham Tahirovdur. Nəşrin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, rəyçiləri isə filologiya elmləri doktorları, professorlar Məsud Mahmudov və İsmayıl Kazımovdur.

Sabir Rüstəmxanlı müasir Azərbaycan ədəbi düşüncəsində yalnız şair, nasir və yazıçı kimi deyil, milli yaddaş, tarix, dil, türkoloji identiklik və ictimai düşüncə problemlərini bədii və publisistik diskursun mərkəzinə gətirən müəlliflərdən biri kimi seçilir. Onun yaradıcılığı poeziya, publisistika, roman, esse, ədəbi düşüncə, tarixi-fəlsəfi təhlil və ictimai diskurs kimi müxtəlif janrları əhatə edir. Sabir Rüstəmxanlı dilinin yalnız poetik sistem kimi deyil, çoxqatlı semantik və ideoloji model kimi öyrənilməsi dilçiliyimiz üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycan dilçiliyində ilk dəfə olaraq Sabir Rüstəmxanlının yaradıcılığı əsasında geniş müəllif korpusu formalaşdırılıb, müəllif dilinin statistik-semantik modeli hazırlanıb. Tədqiqatın faktiki bazasını Xalq şairinin “Seçilmiş əsərləri”nin 15 cildliyi və həmin çoxcildliyə daxil edilməmiş, müxtəlif dövrlərdə mətbuatda və elektron mediada dərc olunmuş yazıları təşkil edir. İlkin mərhələdə korpusun ümumi həcmi 3 220 690 söz-formadan ibarət olmuşdur. Emal proseslərindən sonra müəllifin dilində 23 433 söz müəyyən edilib ki, bu da Sabir Rüstəmxanlı yaradıcılığının semantik xəritəsini, əsas konseptual sahələrini və fərdi idiolekt xüsusiyyətlərini daha aydın şəkildə izləməyə imkan verir.

Korpus materialı göstərir ki, müəllifin dilində eyni leksik nüvənin çoxsaylı morfoloji və sintaktik realizasiyaları mövcuddur. Bu isə Sabir Rüstəmxanlı dilinin zəngin forma variasiyasına və yüksək morfoloji dinamizmə malik olduğunu göstərir.

Kitabda Sabir Rüstəmxanlının dili bütöv statistik-semantik model kimi tədqiq olunub, korpus materialında müşahidə edilən və müasir normativ lüğətlərdə, xüsusilə “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (Bakı, 2021) qeydə alınmamış 6 minə yaxın leksik vahid müəyyən edilib. Korpus materialı göstərir ki, bu leksik qat təsadüfi vahidlər toplusu deyil. Burada müəllif neologizmləri, konseptual feilyaratma modelləri, arxaik-türkoloji yaddaş leksikası, poetik transformasiyalar və müxtəlif semantik-kompozit birləşmələr mühüm yer tutur.

“Sabir Rüstəmxanlı dilinin tezlik lüğəti” yalnız sözlərin statistik düzümü deyil. Bu kitab müəllifin dil yaddaşını, söz dünyasını və milli-tarixi düşüncə modelini üzə çıxaran geniş korpus tədqiqatıdır. Burada sözlər sadəcə işlənmə tezliyi ilə deyil, daşıdığı tarixi, ideoloji və mənəvi enerji ilə diqqət çəkir.

“Vətən”, “xalq”, “dil”, “tarix”, “ruh”, “yaddaş”, “azadlıq”, “kimlik” kimi anlayışların Sabir Rüstəmxanlı yaradıcılığında necə semantik mərkəzə çevrildiyi, hansı metaforik sistem və konseptual əlaqələr yaratdığı statistik material əsasında araşdırılır. Kitab Sabir Rüstəmxanlının dilində sözlərin statistik taleyini izləməklə yanaşı, böyük söz ustadının linqvistik-statistik və mənəvi portretini də ortaya qoyur.

Kitabın nəzəri hissəsində müəllif korpusu problemi, korpus dilçiliyinin metodoloji əsasları, Sabir Rüstəmxanlı korpusunun quruluşu, leksik tezlik paylanması, metaforik sistem və müəllif idiolektinin sözyaratma modeli araşdırılır. Əsərdə Sabir Rüstəmxanlı dilinin tam əlifba-tezlik siyahısı və yüksəktezlikli leksik nüvəni əhatə edən tezlik siyahısı təqdim edilir.

Tədqiqat göstərir ki, Sabir Rüstəmxanlının dili yalnız fərdi poetik üslub hadisəsi deyil. Onun dili milli yaddaşın, tarixi düşüncənin, türkoloji identikliyin və ictimai-mənəvi təcrübənin söz vasitəsilə formalaşmış semantik sistemidir. Burada söz yalnız leksik vahid kimi deyil, yaddaşı daşıyan, tarixi yaşadan və milli kimliyi qoruyan mənəvi enerji kimi çıxış edir. Bu baxımdan “Sabir Rüstəmxanlı dilinin tezlik lüğəti” Azərbaycan dilçiliyində müəllif korpusu istiqamətində həyata keçirilmiş ilk sistemli təşəbbüslərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.

“Sabir Rüstəmxanlı dilinin tezlik lüğəti” korpus dilçiliyi, leksikologiya, üslubiyyat, müəllif idiolekti və müasir Azərbaycan ədəbi dili problemləri ilə maraqlanan tədqiqatçılar üçün mühüm elmi mənbə olmaqla yanaşı, Sabir Rüstəmxanlı yaradıcılığına yeni elmi baxış təqdim edən fundamental nəşr kimi müəllif korpusu istiqamətində aparılan tədqiqatlara yeni perspektivlər açır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri