Icma.az
close
up
RU
SABIR SARVAN ŞEİRLƏRİ

SABIR SARVAN ŞEİRLƏRİ

Icma.az bildirir, Adelet.az portalına istinadən.

GECƏ -GÜNDÜZ

Fırlanır, fırladır bizi bu Kürə

Yarısı gecədi, yarısı gündüz.

Ömür də belədi, gün də belədi,

Yarısı gecədi, yarısı gündüz.

Şeytanın yaında mələkdi ancaq,

Bir yan od hənirli, bir yanda sazaq,

Yaxınlaş aynaya gözlərinə bax,

Yarısı gecədi, yarısı gündüz.

O başda biridi, bu başda biri,

Qürubla üz – üzə durub dan yeri.

Ağ vərəq üstünə yazıram şeiri,

Yarısı gecədi, yarısı gündüz.

Iki qütb üstündə dövr edir həyat,

Pozulmaz mizandı gördüyün təzad.

Allahın hüsnüdü külli – kainat,

Yarısı gecədi, yarısı gündüz.

DÜNƏNƏ AYNA TUT

Yandırdı  şövqün canımı,

ey dərdə dərman, qandasan?

       İmadəddin Nəsimi

Canımdan aralı deyildin axı,

Niyə uzaq düşdün, indi

                                hardasan?

Əl dəysə çağlayar,

                               dil dəysə sızlar,

Ürəyim bir sarı simdi,                     

                               hardasan?

Həsrətin qırmızı yəhərdə gəldi,

Qoparır sinəmdən ah harda gəldi.

Payızda getmişdin,

                               bahar da gəldi,

Yerinə durnalar döndü,

                                hardasan?

Başının üstündə ülkər mən idim,

Məhəbbət adlanan ölkən mən idim,

Həmdəmin,

                           əzizin,

                               kölgən mən idim,

Bəs indi yanında kimdi,

                               hardasan?

Dünənə ayna tut,

                               bax orda mənə,

Gör nələr elədin axırda mənə,

Gözündən dünyalar baxardı mənə,

Gözümdə dünyalar söndü,

                               hardasan?

SİZ TOR QURUN

Gözlərimin nuru kimi azalır

Üzü qiblə,

              sözü gerçək adamlar.

Hər  görəndə bulandırır könlümü

Qaraniyyət,

             qara milçək adamlar.

Söz danışdım,

                     qurnaz – qurnaz  baxdılar,

Mən alışdım,

               söləndilər: baxtı var,

Sonda məni inamımdan yıxdılar,

Bu görəcək,

                bu sürüncək adamlar.

Yalmanmağa ətək tapir, əl gəzir,

Işi düşdü,

              şirin – şəkər dil gəzir,

Yaxşıların bağçasında gül gəzir,

Yamanlığa

                hazır dibçək adamlar.

Çiynim dönsə,

                        əlinizdə daş oyaq,

Hərkəsənin öz yükü var, daşıyaq.

Siz tor qurun,

                        mən yol çəkim, yaşayaq,

 Ay yarımçıq,

                       ay  hörümçək adamlar.

QİBLƏM ÜRƏYİMDİ

Bizi də sayarlar, qəm yemə könül,

Hər kəsin qədrini bir dövran bilir.

Mənim gözlərimdi dərdin məskəni

Yalandı desələr çox ünvan bilir.

Olsa da ömrümə qənim ürəyim,                                   

Qibləm ürəyimdi, yönüm ürəyim.                                       

Bu nə bəladırsa, mənim ürəyim,                                          

Özünü dərd ilə firavan bilir.                                                                                                              

Elə tez dolandı çarx dediyimiz,

Azaldı – üzüldü vaxt dediyimiz,

Məndən çoxdan dönüb baxt dediyimiz,

Nə Sabir tanıyır, nə Sarvan bilir.

QARA  DAŞ  ALTINDA

Qara daş altından cücərən otlar,

Qara daş altında o qardaş otlar

Güc verib qoluna, biləklərinə,

Güc verib dizinə, kürəklərinə

Aşırmaq istəyir o qara daşı.

Üstü kəpənəkli, üstü arılı,

Gözləri günəşə baxan çiçəklər,

Bəxtəvər çiçəklər, gözəl çiəçəklər

Bilməzlər, bilməzlər, bilməzlər heç vaxt

Qara daş altında bitən otların,

Qara daş altında nə çəkdiyini.

O igid qardaşlar, o igid otlar

Ümidin özgəyə bağlamaz bir də,

Sürtüb üzlərini qara torpağa

              ağlamaz bir də.

Ağlamaq qurtardı, ağlamaz bir də.

Qara gün altında qan - tər içində

Güc verər qoluna, biləklərinə,

Güc verər dizinə, kürəklərinə.

Qəfəslər içində xallı pələnglər

Çeynəyə - çeynəyə səbrlərini

Beləcə güc verər hər axşam - səhər

Güc verər qəfəsin dəmirlərinə.

ÖMÜR HEKAYƏSİ

Vaxt varıydı çarpışırdıq fələklə

Gündüz idi, Gecə idi, Mən idim.

Üç dost olub dolaşırdıq göyləri

Arzu idi ,Xəyal idi , Mən idim.

Yaz sovuşdu payız girdi araya,

Ruhumuzu düçar etdi sarıya.

Çaşıb qaldıq yol çatanda yarıya

Qorxu idi, Ümid idi, Mən idim.

Nə gəzəsən sönən odda – ocaqda,

Keçən keçdi, qalan qaldı  uzaqda.

Bir də gördük üçümüzük  otaqda

Həyat idi... Ölüm idi...Mən idim...

                   ***

Qocalıq gözümə zülmət çökdürür,

Yükü karvan - karvan daşınmazmola?

Ah, necə fürsətlər çıxdı əlimdən

Təzədən bu ömür yaşanmazmola?

Gedirdim üzümü tutub gümana,

Yolun yarısında düşdüm dumana,

Daşdan daşa çırpar məni zəmanə,

Gözləri böyüyər: «Baş enməzmola»?

Keçib ocaqları, köç edib binəm,

Sahildə qayadı dərd döyən sinəm.

Çarəsi tapılmaz xəstələrdənəm,

Dərd verən dərmanın düşünməzmola?

 BU QİSMƏT SƏNİNDİ

Çıxdım axırına boş ümidlərin,

Çıxdı axırıma gümanlar mənim.

Dərdi gözlərimdə diri görəcək,

Əyilib nəşimi yuyanlar mənim.

Könlümə çox dedim, alışıb yanma,

Bu qismət sənindi, qisməti danma.

Özümdən yarıyan olmadı, amma,

Yarıdı gözümdən ümmanlar mənim.

Ömrüm qəm dolusu bir piyalədi,

Baxan elə bilir, güldə jalədi.

Elə hönkürtüdü, elə nalədi,

Saxlayar səsimi zamanlar mənim.

                         ***

Gözə bax, Allah,

                      gözə bax.

Gözümü çəkə bilmirəm,

        məndə üzə bax,

                       üzə bax.

Hər gözələ qismət olmur,

Qaş aypara,

                       gözlər ala,

Yıxılıb öləsən, sənə,

Ağlayan bu gözlər ola.   

ATMACA

Qulaqlarınızı açın,

Yaxşı 

             eşidin məni

Şeir oxumayın,

Şeir dinləməyin

Şeirdən qaçın!

Ağlınızı itirərsiniz,

               ikiayaqlı məxluqlar,

Müsibətlər gələr başınıza

                      yerbəyerdən,

insan ola bilərsiniz

                           birdən.

Odur ki, uzaq durun

Qaçın,

Qaçın,

Qaçın şeirdən!

MƏNİ BİR DƏ YARATSAN

Düşdüm SÖZ sevdasına

Çalxandıqca duruldum.

Dostlarım qaşa -  gözə

Mən sözlərə vuruldum.

Göylərin əlindədi

Söz dediyin sirr – açar.

Gahdan fikri pərdələr,

Gahdan neçə sirr açar.

Söz hər şeydən yüngüldü,

Sözdən ağırı yoxdur.

Tapıb yerinə qoysan,

Sözün fağırı yoxdur.

Üyüdürəm dən kimi

Kəlmə - kəlmə “un” alım.

Canımın ağrısıdı,

Sözün ağrısın alım.

Tanrım, SÖZ dəlisiyəm,

Məskənimi çöl elə.

Məni bir də yaratsan

Yenə SÖZƏ qul elə.

                           TORPAQ

Çəkir məni qara torpaq

Aman qardaşlar, aman.

İstəyir ki, yıxa məni,

Axırıma çıxa mənim,

Aman qardaşlar, aman.

Kəndimizin torpağıdır,

Doğulduğum gündən bəri

Üzümə səpilməyə hazır,

Gözümə tökülməyə hazır.

Kəndimizin torpağıdır,

Bu şəhərin səs - küyündən

Çəkib məni qoparacaq,

Aranızdan aparacaq,

Aman qardaşlar, aman.

Dadıma bir kimsə yetməz,

Ahım qulaqlara çatmaz,

Gözlərim önündən getməz,

Yaddan çıxmış tənha məzar,

Aman qardaşlar, aman.

HARA APARIRSAN

Günəş güzgüsünü əlindən salıb,

Çiçəklər rəngini rəngindən alıb.

Şəhərə çıxmısan, daş heykəllər də

Arxanca boylana - boylana qalıb, -

Hara aparırsan

bu gözəlliyi?

Heyrətdən bir kəlmə danışan da yox,

Bu qəfil sükutla barışan da yox,

Kəsib qabağını soruşan da yox:

- Hara aparırsan

bu gözəlliyi?

Şəhərə aydınlıq üzündən düşüb,

Sığallı xanımlar nazından düşüb,

Yanıqlı - yanıqlı baxır kişilər,

Çoxunun arvadı gözündən düşüb,-

Hara aparırsan

bu gözəlliyi?

Bu sevda başımdan sovuşan deyil,

Bu gözlər üzündən yığışan deyil,

Onsuz da heç yana sığışan deyil, -

Hara aparırsan

bu gözəlliyi?

    ƏTRİNİ DUYUNCA

Ömrümün bir gözəl anından keçdim,

Bəxtəvər çəpərin yanından keçdim,

Ətrini duyunca  canımdan keçdim,

Bənövşə qoxusu gəlir bu bağdan.

Haqqa bağlı olan – düz haqdan çəkir,

Bahar gətirənlər sazaqdan çəkir,

Məni min – min ağac uzaqdan çəkir

Bənövşə qoxusu gəlir bu bağdan.

Üstündən təzəcə gəlib qar keçib,

Qəlbindən yenə də yüz qübar keçib,

Ya bənövşə açıb, ya da yar keçib

Bənövşə qoxusu gəlir bu bağdan.

XATIRLASAZ,  XATIRLANSAM

On dördümdə ilk sevgiyə tuş oldum,

Sinəm üstdə oxu gördüm doyunca.

Məhəbbətdən

                 dad eləmək peşədi,

Mən də elə ahı gördüm doyunca.

Çaşıb qaldı qırımımı sərt görən,

Istəmədim kimsə məni pərt görə.

Bol elədi

                 bəla verən, dərd verən,

Cox sağ olsun,

                çoxu gördüm doyunca.

Gen dünyada darlıq görsəz əgər siz,

DƏRD ünvanlı SÖZ qapımı döyərsiz.

Xatırlasaz,

                 xatırlansam deyərsiz:

Yaşamadı!

                Yuxu gördü doyunca.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri