Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir Video
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Sabirabad rayonunun Sarxanbəyli kəndində bir neçə yaşayış məntəqəsi ilə əlaqəni təmin edən körpü təxminən bir il əvvəl uçub. Körpünün yerində qalan dağıntılar isə sakinlərə çətinlik yaradır.
Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, ötən ilin sonunda körpü uçduqdan sonra yenisinin tikiləcəyi və alternativ yolun salınacağı vəd edilib. Lakin o vaxtdan bəri bu vədlər yalnız kağız üzərində qalıb. Nəticədə sakinlər İkinci Küryanı kollektorunun digər sahilinə keçmək üçün on kilometrlərlə yol qət etməyə məcbur olurlar.
Körpünün olmaması təkcə gediş-gəlişi çətinləşdirmir, həm də kənd təsərrüfatına ciddi ziyan vurur. Belə ki, əkin sahələrinin böyük hissəsi kollektorun digər tərəfində yerləşir. Sakinlər bildirirlər ki, alternativ yol çəkilmədiyindən təsərrüfat işlərini də vaxtında görə bilmirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 Noyabr 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















