Icma.az
close
up
RU
Sabirabadda Gəncə təndiri müəssisəsində ciddi gigiyena pozuntuları aşkarlanıb

Sabirabadda Gəncə təndiri müəssisəsində ciddi gigiyena pozuntuları aşkarlanıb

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Sabirabadda "Gəncə təndiri" müəssisəsində ciddi gigiyena pozuntuları aşkarlanıb.

Sabirabad şəhəri Heydər Əliyev prospekti 254 ünvanında fəaliyyət göstərən Behbudov Orxan Fazil oğluna məxsus “Gəncə təndiri” çörək istehsalı müəssisəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mil-Muğan regional bölməsi tərəfindən plandankənar növbədənkənar yoxlama həyata keçirilib.

Aparılmış yoxlama zamanı müəssisədə bir sıra ciddi gigiyena və sanitariya pozuntuları qeydə alınıb. Belə ki, un məhsullarının divardan və yerdən ara məsafəsi saxlanılmadan yerləşdirildiyi, çalışan işçilərin ilkin və dövrü tibbi müayinədən keçmədiyi müəyyən olunub. Eyni zamanda, işçi heyətin soyunub-geyinməsi üçün sanitar-məişət otaqları və müvafiq dolablarla təmin olunmadığı aşkar edilib.

Yoxlama zamanı müəssisədə axar isti və soyuq su ilə təchiz edilmiş əlyuma çanaqlarının, pəncərələrdə həşəratlara qarşı qoruyucu torların olmadığı, divarların çirkli vəziyyətdə olduğu, xəmir yoğrulan sahədə tavanın tamlığının pozulduğu qeydə alınıb.Qida tullantılarının düzgün şəkildə toplanmaması, yuyucu və dezinfeksiyaedici vasitələrin ayrı dolabda saxlanmaması, təmizlik işlərinə dair jurnalların olmaması, eləcə də qril sahəsinin təşkil edilmədiyi və istifadə olunan şişlərin korroziyaya uğradığı da aşkar edilən digər nöqsanlar sırasındadır.

Bundan əlavə, müəssisədə temperatur rejiminə nəzarət etmək üçün lazımi avadanlıqların və yoxlamadan keçmiş ölçü vasitələrinin olmaması, məişət avadanlıqlarının xəmir yoğrulan sahədə saxlanılması və işçilərin gigiyenik təlimlərə cəlb edilməməsi də sənəddə yer alıb.

Yekunda aşkarlanmış nöqsanlarla bağlı olaraq müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub və “Gəncə təndiri” çörək istehsalı müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. 





\\Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Aprel 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri