Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

“Sabit manat” milli iqtisadiyyatı qoruyur

“Sabit manat” milli iqtisadiyyatı qoruyur

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Bankın sədri Taleh Kazımov müsahibəsində vurğulayıb ki, daxili tələbin inflyasiyaya təsiri çox zəifdir. Bildirib ki, aparılan hesablamalara görə büdcə xərclərinin (dövlət xərcləri) 10 faiz artımı inflyasiyanı cəmi 0.29 faiz artırır, bank kredit portfelinin 10 faiz genişlənməsi isə inflyasiyaya yalnız 0.12 faiz təsir göstərir. Yəni hazırkı şəraitdə məcmu tələb artımı inflyasiyada əsas amil deyil.

Maraqlıdır ki, bəs “tələb amilləri” dedikdə nə nəzərdə tutulur? Bu, adətən insanların alıcılıq qabiliyyəti, büdcə xərcləri, kredit artımı və s. vasitəsilə inflyasiya yaradır. Məsələn, iqtisadiyyat güclü böyüyərsə və ya büdcədən yeni pul bazara vurularsa, tələbin artımı qiymətləri qaldıra bilər. Ancaq açıqlanan rəqəmlər göstərir ki, Azərbaycanda belə hallar indiki şəraitdə məhduddur. Statistikaya nəzər salanda da büdcə və kredit artımının məhdud olması müşahidə olunur. Məsələn, son dövrlərdə dövlət xərcləri, təxminən, büdcə çərçivəsində qalır, bank kreditləri isə məhdud artım templəri ilə genişlənir.

Bununla belə, bəzi tədqiqatlar ölkədə tələbin roluna diqqət yetirir. Mərkəzi Bankın 2024-cü ildəki supermarket bazası üzrə apardığı araşdırmada göstərilir ki, post-COVID dövrdə məhz daxili tələbin inflyasiyaya təsiri böyük olub. Lakin son aylarda hakim rəy tələbin zəiflədiyi, idxal və xərclər amillərinin üstünlük təşkil etdiyi barədədir.

Xarici təhlillər də MDB regionunda həm tələbin, həm də təklifin rolunu vurğulayır. Məsələn, “ING Bank”ın analitikləri yazır ki, son illər ərzaq və yanacaq bahalaşması, Rusiyadakı inflyasiya təzyiqləri və yerli tarif artımları təklif amilləridir, büdcə stimulların və kredit artımının isə tələbi gücləndirən amillərdir. Azərbaycanda isə manatın stabilliyi böyük inflyasiyanın qarşısını alır. Təsadüfi deyil ki, Mərkəzi Bank 2026-cı ilin sonunda inflyasiyanın 5.9 faiz, 2027-ci ilin sonunda isə 4.5 faiz olacağını proqnozlaşdırır.

Mərkəzi Bankın sədri bildirdi ki, inflyasiyanı əsasən təklif amilləri – idxal qiymətləri və istehsal xərci artımı ilə izah etmək olar: “Birincisi, idxal etdiyimiz mal və xidmətlərin qiyməti, yəni ticarət tərəfdaşlarında olan inflyasiya nəticəsində artan qiymətlər Azərbaycana idxal olunur. Həmçinin də yerli bazarda istehsalçıların xərc amillərinin artmasıdır. Xərc amilləri dedikdə, bizim tənzimlənən xidmətlərimiz var, misal üçün işıq, qaz, su və digər yanacaq qiymətləri, hansı ki, dövlət tərəfindən idarə olunur. Onların dəyişimi, bizim istehsal etdiyimiz mal və ya xidmətlərin maya dəyərinin artımı nəticəsində bizdə inflyasiya yaranır”. Azərbaycanda əmtəə və məhsullarının xaricdən idxal edilməsi, yəni, xarici qiymət artımları birbaşa idxal-inflyasiya yaradır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin noyabrında idxal olunan malların qiyməti ötən ilə nisbətdə 19 faizə yaxın artıb. Qlobal ərzaq və enerjiyə tələbatın yüksəlməsi, logistika xərclərinin artması və əsas ticarət tərəfdaşlarımızın bazarlarında inflyasiya təzyiqləri Azərbaycana da “idxal” edilir. Beləliklə, xarici bazarlardakı qiymətlərin qalxması yerli inflyasiyaya da təsir göstərir.

Daxili alıcılıq inflyasiyanın əsas qaynağı olmasa da, bank kreditlərinin artımı və dövlət xərclərinin genişləndirilməsinin də nəzərə alınması ilə inflyasiyanın cüzi artımı ola bilər. Əsas diqqət təklif amillərinə (idxal qiymətləri və xərclər) yönəlməlidir. Qlobal ərzaq və enerji bazarında baş verən dəyişikliklər Azərbaycan inflyasiyasını birbaşa təzyiq altına alır.

Struktur islahatlar sayəsində idxal asılılığını azaltmaq, yerli istehsalı genişləndirmək önəmlidir. Məsələn, kənd təsərrüfatı və digər istehsal sahələrində ixracat qabiliyyətini artırmaqla bağlı görülən işlər inflyasiyadan qorunmaya yardımçıdır. Həmçinin enerji effektivliyi və alternativ enerjiyə yatırılan sərmayələrin müsbət geridönüşü olacaqdır. Beləliklə, daxili iqtisadiyyatda daha güclü sədlər qurmaq mümkün olacaq.

Mərkəzi Bank manatı “müdafiə etməyə” və maliyyə sabitliyini qorumağa davam etdikcə bu sabitlik daxildə inkişafı da təmin edir. Ümumiyyətlə, Azərbaycanda inflyasiya idxal olunan amillərdən və qiymətlərin strukturundan asılıdır. Ölkə sərhədindən gələn bahalaşma (xarici inflyasiya) və yerli xərclər siyasətinə nəzarət prosesində fokuslanmaqla inflyasiyanı daha effektiv idarə etmək mümkündür.

Zahid Fərrux MƏMMƏDOV,
iqtisad elmləri doktoru, professor

Milli valyutanın məzənnəsi istənilən ölkənin iqtisadi sabitliyini və maliyyə dayanıqlılığını xarakterizə edən əsas makroiqtisadi göstəricilərdən biridir. Buna görə də manatın məzənnəsi ilə bağlı səsləndirilən hər bir fikir təkcə iqtisadi müzakirə deyil, həm də ictimai məsuliyyət məsələsidir. Son illər Azərbaycanda vaxtaşırı təkrarlanan devalvasiya iddiaları bir daha göstərir ki, iqtisadi ekspertiza ilə sensasiya arasında sərhədi qorumaq bu gün əvvəlkindən daha vacibdir.

Mərkəzi Bankın rəhbəri müsahibəsində qeyd etdi ki, heç bir fundamental iqtisadi əsas olmadan yayılan devalvasiya xəbərləri bəzi vətəndaşların maliyyə davranışına təsir göstərir, onları panika ilə xarici valyuta almağa sövq edir, sonradan isə məzənnə dəyişmədiyi üçün həmin insanlar zərərlə üzləşirlər. Bu, əslində iqtisadi informasiyanın nə qədər böyük sosial məsuliyyət daşıdığını bir daha nümayiş etdirir.

Hələ 2018-ci ildə dərc olunmuş "Heç bir iqtisadi reallığa və elmi tədqiqata əsaslanmadan məzənnə ilə bağlı fikir yürütmək qəbuledilməzdir" adlı məqaləmdə eyni mövqeni ifadə etmişdim. Həmin yazıda vurğulayırdım ki, milli valyutanın məzənnəsi haqqında fikir söyləmək üçün iqtisadi reallıqlar, statistik göstəricilər, makroiqtisadi modellər və fundamental təhlil əsas götürülməlidir. Əks halda, səsləndirilən fikirlər elmi ekspertiza deyil, cəmiyyətdə yanlış gözləntilər formalaşdıran subyektiv mülahizələrdir.

Dünya iqtisad elmində də bu məsələyə xüsusi yanaşma mövcuddur. Nobel mükafatı laureatı Robert Lucas sübut etmişdir ki, insanların iqtisadi gözləntiləri bazar davranışını dəyişdirə bilir. Rudiger Dornbusch isə göstərmişdir ki, valyuta məzənnəsinin qısamüddətli dəyişmələri yalnız fundamental göstəricilərlə deyil, həm də gözləntilərlə bağlıdır.

Mərkəzi Bankın valyuta hərraclarında satış həcminin əhəmiyyətli dərəcədə azalması ölkədə xarici valyutaya tələbatın zəiflədiyini göstərir. Eyni zamanda, əhalinin manatla əmanətlərinin sürətlə artması və xarici valyutada saxlanılan əmanətlərin payının azalması milli valyutaya etimadın gücləndiyini nümayiş etdirir.

2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub. 2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40 faizi valyutada idisə, bu gün bu göstərici cəmi 25 faizdir. Yəni azala-azala dollarlaşma səviyyəsi düşür. Son 4 ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox artıb.

Azərbaycanın iqtisadi siyasəti uzun illərdir makroiqtisadi sabitliyin qorunmasına, strateji valyuta ehtiyatlarının artırılmasına, fiskal intizamın möhkəmləndirilməsinə və qeyri-neft sektorunun inkişafına əsaslanır. Məhz bu siyasət manatın dayanıqlılığının əsas təminatıdır. Qarşıdakı illərdə də iqtisadi islahatların davam etdirilməsi milli valyutanın mövqeyini daha da gücləndirəcək.

Hesab edirəm ki, AMB sədrinin son açıqlamaları bir daha təsdiq etdi: milli valyuta haqqında danışmaq hər kəsin deyil, məsuliyyətli iqtisadi təhlil aparan mütəxəssisin işidir. İqtisadiyyat fərziyyələrlə deyil, faktlarla idarə olunur. Milli maraqlar isə tələb edir ki, iqtisadi ekspertiza yüksək peşəkarlıq, elmi metodologiya və dövlətçilik məsuliyyəti üzərində qurulsun.

Nurlan ABDALOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri