Şabranda bu silahlar polisə təhvil verildi
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Bu barədə Xalqcebhesi.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd tüfəng təhvil götürülüb.
Bundan başqa polis əməkdaşları ərazidə xidmət apararkən 1 ədəd ov tüfəngi aşkar edərək götürüblər.




