Icma.az
close
up
RU
Şabranda çökən yol təhlükə saçır Nə vaxt bərpa ediləcək, xəbərdarlıq nişanları niyə yoxdur?

Şabranda çökən yol təhlükə saçır Nə vaxt bərpa ediləcək, xəbərdarlıq nişanları niyə yoxdur?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cari il aprelin 16-da ölkə ərazisində yağan aramsız yağışdan sonra Şabran rayonu ərazisindən sel keçib, nəticədə Düzbilici kəndində yolun bir hissəsi tamamilə uçmuşdu.

İndiyədək burada bərpa işlərinin görülməməsi sürücülər üçün təhlükə yaradır. Belə ki, ərazinin bir hissəsində xüsusi xəbərdaredici yol nişanlarının olmaması axşam və gecə saatlarında yolun vəziyyətini bilməyən sürücülər həmin ərazidən keçməyə çalışır, bu zaman təhlükəli vəziyyətlə üzləşirlər.

Moderator.az xəbər verir ki, sürücülər tərəfindən paylaşılan görüntülərdə yolun bərpa edilmədiyi, habelə xəbərdaredici nişanların qoyulmadığı əks olunur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az açıqlamasında bildirib ki, ərazidə qoyulan xüsusi xəbərdaredici yol nişanları bəzi vətəndaşlar tərəfindən kənara atılır, bu da sürücülər üçün çətinlik yaradır:

"Sözügedən ərazidə hadisə baş verdikdən sonra ora nəqliyyat vasitələrinin daxil olmaması üçün xüsusi maneələr və xəbərdaredici yol nişanları qoyulmuşdu. Hazırda digər bir istiqamətdə bu maneələr qalıb. Yolun başqa hissəsində növbəti dəfə gələn sel suları qoyulan maneələri yuyub aparıb. Daha sonra qoyulan xüsusi xəbərdaredici yol nişanları bəzi vətəndaşlar tərəfindən kənara atılıb. Bunun hansı səbəbdən edildiyi məlum deyil. Hazırda yenidən ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi və maneələrin qoyulması üçün tapşırıq verilib".

Yolun nə zaman bərpa ediləcəyi ilə bağlı danışan Anar Nəcəfli vurğulayıb ki, bununla bağlı təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim olunub:

"Maliyyə vəsaitinin ayrılmasından sonra tərəfimizdən sözügedən istiqamətdə lazımi işlər görüləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see300

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see242

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see152

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see143

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see128

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri