Icma.az
close
up
RU
Sabunçu Gənclər Evində tədbir Fotolar

Sabunçu Gənclər Evində tədbir Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Sabunçu rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və rayonun fəal gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov bildirib ki, milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət, milli incəsənət, musiqi, muğam, folklor, ədəbiyyat, özünüdərk, ailə və dahi şəxsiyyətlər xalqımızın milli dəyərlər sisteminin əsasını təşkil edir. O qeyd edib ki, böyüyə hörmət, valideynə sevgi və ehtiram, kiçiklərə qayğı xalqımızın əsrlərdən bəri formalaşmış mənəvi keyfiyyətlərindəndir.

Ədalət Teymurov çıxış zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən bəhs edib, həmçinin qloballaşma şəraitində milli dəyərlərimizə, adət-ənənələrimizə və milli mentalitetimizə qarşı aparılan mənfi təsirlərə qarşı birgə mübarizənin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, həmin qurumun aparıcı məsləhətçisi Rəşadət Hidayətov, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Bakıxanov qəsəbəsində yerləşən “Cümə” məscidinin imamı, “İmam Rza” Dini İcmasının sədri Əmirxan Tahrov və digər natiqlər milli-mənəvi və adət-ənənəvi dəyərlərimizin cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, gənc nəslin milli kimliyinə, tarixinə və mənəvi irsinə bağlı ruhda yetişdirilməsi gələcəyimiz üçün xüsusi önəm kəsb edir.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 May 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri