Icma.az
close
up
RU
Sabunçu rayon İcra Hakimiyyəti FHN nin tələbinə niyə MƏHƏL QOYMUR?

Sabunçu rayon İcra Hakimiyyəti FHN nin tələbinə niyə MƏHƏL QOYMUR?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

28 yanvar 2025-ci il tarixdə “AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb” başlıqlı yazı dərc etmişdik. Yazıda Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsində yaşayan bir qrup sakinin parkinq problemindən söhbət açılmışdı. Qeyd edilmişdi  ki, sakini olduqları binanın idarəçiləri həyətə girişi qadağan ediblər. Binanın yeraltı qarajında yer almağa da hər sakinin imkanı yoxdur. Ona görə də sakinlər indiyədək avtomobillərini binanın qarşısından keçən Ülvi Rəcəbov küçəsində saxlayırdılar. Amma bu günlərdə həmin küçəyə də “dayanma-durma qadağandır” işarəsi quraşdırılıb. Ona görə də avtomobil sahibləri nə edəcəklərini bilmirlər.
Məsələ ilə bağlı Bizim.Media müvafiq orqanlara sorğu göndərmişdi. Və sorğularımıza cavab olaraq bildirilmişdi ki, problem qısa zamanda öz həllini tapacaq. Lakin, ötən bir ay müddətində sakinlərin haqlı tələbləri icra olunmayıb. İcra olnmamasının səbəbi ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:
AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb – FOTO


Həmin məlumata keçməmişdən əvvəl qeyd edək ki, sakinlər məsələ ilə bağlı həmçinin Fövqəladə Hallar Nazirliyinə də müraciət ediblər. Nazirlikdən göndərilən cavab məktubunda sakinlərin haqlı olduğu qeyd edilib.
Nazirlik “XXI əsr” MTK-dan tələb edib ki, problem ən qısa zamanda həll edilsin. Lakin, “XXI əsr” MTK FHN-nin tələbinə bu günə məhəl qoymayıb.
İndi isə gələk əsas məsələyə. Etibarlı mənbələrdən Bizim.Media-ya daxil olan məlumata görə sakinləri narazı salan bina Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu, “Efendiler Group” şirkətinin rəhbəri Ənvər Ənvərliyə (Vəliyev) məxsusdur. Və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, general Mehmandarov küçəsi 12 ünvanında yerləşən “XXI ƏSR” MTK-ya məxsus yaşayış binasının ətrafında yaranan narazılığın əsas səbəbkarı da odur. Beləki, binanın altındakı qaraj sakinlər üçün nəzərdə tutulsa da onların əksəriyyəti qaraja yaxın belə düşə  bilmirlər.
Bu qarajda “Efendiler Group” və “XXI ƏSR” MTK-ya məxsus çoxsaylı bahalı avtomobillər saxlanılır. Onlara məxsus olan və nömrəsinin sonu 078 və 222 ilə bitən lüks avtomobillər qarajda xüsusi həssaslıqla qorunur.
İddiaya görə, Ənvər Ənvərlinin qaraja rahat giriş-çıxışı üçün qarajın girişinə şlaqbaum quraşdırılıb. Şikayətçilər onuda bildirdilər ki, yuxarıda adıçəkilən şirkət rəhbərləri avtomobillə rahat hərəkəti üçün yaşayış binasının qarajının çıxış hissəsi olan ara küçəyə “dayanma-durma qadağandır” nişanı qoydurub. Hətta, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi əməkdaşlarına göstəriş verdirib. Ona görə də xırda bir məsələnin həlli acı bağırsaq kimi uzanır.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Mart 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri