Sabunçuda arvadını qətlə yetirən şəxs 15 il azadlıqdan məhrum olunub
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sabunçu rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Həsənbala Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Həsənbala Rəhimov 15 il müddətində azadlıqdan məhrum olunub.
Qeyd edək ki, 2024-cü il avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Belə ki, araşdırmalara görə, 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Avqust 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















