Sabunçuda suyu zəhərləyənlərin İFŞASI Sakinlər özlərindən çıxdılar, qurumlar məsələyə qarışdı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin girişindəki su kanalına çirkab suyun axıdılması bu ərazidə yaşayan sakinləri narahat edir.
Vətəndaşların sözlərinə görə, illərdir aidiyyəti qurumlara şikayət ünvanlasalar da, problem öz həllini tapmır.
"Əraziyə nəzarət olmadığı üçün maşınlar vasitəsilə çirkab sular gətirilib kanala tökülür. Bunu edən şəxsə irad bildirəndə də deyir ki, mənə nə edəcəklər, pulumu alıb buraxırlar. Əvvəl kanalda elə təmiz su var idi ki, həyətdə istifadə edirdik", - deyə şikayətçilər narazılıq bildiriblər.
Vətəndaşların təqsirləndirdikləri şəxs də Baku TV-yə açıqlama verib.
"Nardaran, Maştağa, Bilgəh, Kürdəxanı kimi yerlərin kanalizasiya sistemi olmadığı üçün çirkab sularının daşınmasını mən həyata keçirirəm. Həmin kanala axıdılan da qrunt sularıdır. Nə edim? Suyu həyətimə boşaldası deyiləm ki", - deyə o qeyd edib.
Ətraflı süjetdə:
Sabunçuda suyu zəhərləyənlərin İFŞASI - Sakinlər özlərindən çıxdılar, qurumlar məsələyə qarışdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Fevral 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















