Icma.az
close
up
RU
Saç boyası üçün ən zərərli rənglər ARAŞDIRMA

Saç boyası üçün ən zərərli rənglər ARAŞDIRMA

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qadınların çoxu saç boyasında ammonyakın olmamasını onun təhlükəsiz və keyfiyyətli olması ilə əlaqələndirir. Lakin alimlərin son araşdırmaları göstərib ki, saç boyasının tərkibindəki ən təhlükəli maddə heç də ammonyak deyil. Mütəxəssislər bildirirlər ki, saç boyasının keyfiyyəti yalnız ammonyakın olub-olmaması ilə müəyyən edilmir. 

Lent.az xarici mediaya istinadla saç boyasının ən zərərli rənglərini təqdim edir:

Boyanın davamlı istifadəsi müəyyən sağlamlıq riskləri daşıya bilər. Buna görə də seçim edərkən tərkibinə diqqətlə baxmaq vacibdir, çünki bəzi komponentlər təkcə saçlara deyil, ümumi sağlamlığa da mənfi təsir göstərə bilər.

Sağlamlıq üçün ən zərərli saç boyası hansıdır?

Alimlərin fikrincə, ən təhlükəli saç boyaları tünd rəngli boyalardır. Bunun səbəbi onların tərkibində rezorsinol adlı maddənin olmasıdır.

Rezorsinol yalnız tünd rəngli saç boyalarında olur. Bu maddə, dəriyə yapışan rəng piqmentlərini asanlıqla çıxarmaq üçün boyanın tərkibinə əlavə edilir. Lakin bu komponent çox zəhərlidir və tənəffüs yollarında müxtəlif dərəcəli allergik reaksiyalara səbəb ola bilər.

Bundan əlavə, rezorsinol endokrin sistemin fəaliyyətində pozğunluqlara yol aça bilər. 2021-ci ildən etibarən bir çox Avropa ölkəsində rezorsinol insan sağlamlığı üçün yüksək risk daşıyan maddələr siyahısına əlavə edilib.

Tünd rəngli boyaların daha bir təhlükəsi: Ağır maddələr

Tünd rəngli boyaların tərkibində qurğuşun və civə duzları (plumbatlar və merkuriatlar) da ola bilər. Bu maddələr bədəndə toplanarsa, ciddi zəhərlənməyə səbəb ola bilər. Qurğuşun və civə əsasən böyrəklərə və qaraciyərə zərər verir, çünki bu orqanlar ilk növbədə onların təsirinə məruz qalır.

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbedə boyadan zərər çəkmişlərdən biridir. Saçını boyadıqdan sonra üzündə kimyəvi yanıq izləri yaranıb. O, sosial media hesabında üzündəki yanıq izlərini göstərən bir fotoşəkil paylaşaraq, "Bir daha saçıma boya sürməyəcəyəm”, o bildirib.

Əgər siz saçlarınızı tez-tez boyayırsınızsa, tərkibi diqqətlə yoxlamaq və mümkün qədər təbii, zərərsiz alternativlər seçmək tövsiyə olunur. Xüsusilə tünd rəngli boyalar alarkən diqqətli olmaq lazımdır, çünki onların tərkibində sağlamlığa ciddi zərər verə biləcək maddələr ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Fevral 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri