Icma.az
close
up
RU
ŞAD XƏBƏR Gələn il bütün növ pensiyalar…

ŞAD XƏBƏR Gələn il bütün növ pensiyalar…

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38.4, xərcləri isə 41.5 milyard manat proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlərimiz 0.2, xərclərimiz 0.3 faiz artacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3.1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən büdcə kəsiri daha çox artacaq: 2.4 faiz.

Tribunainfo.az xəbır verir ki, bu barədə danışan deputat Vüqar Bayramov bildirib ki, dövlət büdcəsində 1 barel xam neftinin qiyməti 65 dollar nəzərdə tutulur:

“Qlobal neft bazarındakı volatilliyi nəzərə aldıqda gələn il üçün 1 barel xam neftinin qiymətinin 65 dollar nəzərdə tutulması əvvəlki illərdən fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz. 1 barel xam neftinin qiyməti ilə bağlı əksər beynəlxalq təşkilatların proqnozları 50-60 dollar intervalında dəyişir.

Gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin ümumi daxilolmalarda payının 57.4 faiz proqnozlaşdırılmasıdır. Bu ölkəyə neft pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri neft-qaz sektorunun payı ilə bağlı rekord səviyyədir. Bu il üçün bu göstərici 52.3 faiz nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək və neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu isə neftdən asılılığın minimumlaşdırılması baxımdan təqdirəlayiqdir”.

V. Bayramov bildirib ki, gələn il müdafiə və milli təhlükəsizlik üçün 8.7 milyard manat ayrılacaq. İqtisadi fəaliyyətə isə 7.6 milyard manat xərclənəcək. Sosial müdafiə və sosial təminat üçün isə 4.8 milyard manat nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat üzrə xərclərinin büdcədə xüsusi çəkisi 11,7 faiz proqnozlaşdırılır. Növbəti il sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54 faiz qədər çox olacaq. Qeyd edək ki, bu maddə üzrə xərclər birbaşa sosial təminat xərclərdir. Bütövlükdə, gələn il sosial xərclərin ümumi büdcə xərclərinin 40 faizindən çoxunu təşkil edəcəyi gözlənilir.

Gələn il hansı artımların olacağına gəldikdə isə mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq”.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri