Icma.az
close
up
RU
Şad xəbər: Şuşaya daha tez çatacaqsınız

Şad xəbər: Şuşaya daha tez çatacaqsınız

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Beynəlxalq Yol Federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov verib. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə yeni yol infrastrukturu müasir standartlara uyğun və yüksək keyfiyyətlə inşa olunur. Bu layihələrdən biri də iyulun 3-də istifadəyə verilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoludur.

Yeni yol həm "Zəfər yolu"na alternativdir, həm də daha qısadır. Belə ki, əvvəlki 101 kilometrlik məsafə yeni marşrutla 81,7 kilometrə enib və bu da məsafəni 19,3 kilometr azaldır.

Birinci texniki dərəcəyə uyğun salınan avtomobil yolunun ilk 48 kilometri 6 hərəkət zolağından, qalan 33,7 kilometri isə 4 zolaqdan ibarətdir. Yol boyunca 1 yol qovşağı, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər vacib infrastrukturlar inşa olunub. Körpülərin ümumi uzunluğu 1557 metr təşkil edir.

Tikinti işləri zamanı yol boyunca dəmir-beton və metal sədd çəpərlər, müasir işıqlandırma sistemi və digər təhlükəsizlik elementləri quraşdırılıb.

Əyyub Hüseynov əlavə edib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral yolundan başlayaraq Füzuli, Xocavənd, Xocalı və Şuşa şəhərlərini birləşdirir.

Asya
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 İyul 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri