Icma.az
close
up
RU
“Sadəcə filmdir” deyirik, amma... Ekrandakı görüntülər bizə necə təsir edir?

“Sadəcə filmdir” deyirik, amma... Ekrandakı görüntülər bizə necə təsir edir?

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Film izləmək çoxları üçün sadəcə istirahət vasitəsidir. Bəzən komediyaya baxıb saatlarla gülür, dramdan sonra kədərlənir, qorxu filmindən sonra isə evdəki ən adi səsə belə şübhə ilə yanaşırıq.

Maraqlıdır ki, bu reaksiyalar yalnız filmin özündən zövq almaqla məhdudlaşmır. Elmi araşdırmalar göstərir ki, izlədiyimiz görüntülər və hekayələr əhvalımıza, emosional vəziyyətimizə və bəzi sosial reaksiyalarımıza təsir göstərə bilər.

AZXEBER.COM xəbər verir ki, filmlərin insan emosiyalarına təsirini araşdıran 45 tədqiqatın daxil edildiyi meta-analizdə ümumilikdə 6 675 iştirakçının nəticələri qiymətləndirilib. Araşdırmanın nəticələrinə görə, film parçaları həm müsbət, həm də mənfi emosional vəziyyət yaratmaqda kifayət qədər güclü vasitədir. Xüsusilə kədər, qorxu və digər mənfi emosiyaları yaradan səhnələrin insanın əhvalına təsiri nəzərəçarpacaq olub.

Film bitir, amma yaratdığı hiss dərhal bitmir

İnsan filmdəki hadisələri yalnız görmür, onları müəyyən mənada emosional olaraq yaşayır. Gərgin səhnədə ürək döyüntüsünün dəyişməsi, kədərli səhnədə kövrəlmək və komik səhnədə gülmək bunun gündəlik nümunələridir. Araşdırmalarda film səhnələrinin insanlarda yalnız subyektiv emosiyalar yaratmadığı, bəzi hallarda ürək döyüntüsü və dəri keçiriciliyi kimi fizioloji reaksiyalarla da müşayiət olunduğu göstərilib. Yəni ekranda baş verən hadisə real olmasa da, beynin və orqanizmin verdiyi emosional reaksiya tamamilə real ola bilər.


Niyə bəzi filmlər bizi günlərlə düşündürür?

Burada əsas amillərdən biri insanın hekayəyə nə qədər "daxil olmasıdır”. Personajın yaşadığı hadisə tamaşaçıya yaxın gəlirsə, izləyici onunla özünü eyniləşdirə və personajın hisslərini anlamağa çalışa bilər. 2023-cü ildə dərc olunan sistematik icmalda film və bədii əsərlərin izlənilməsinin sosial idrak, o cümlədən empatiya və başqalarının düşüncə və hisslərini anlamaqla əlaqəli ola biləcəyi araşdırılıb. Müəlliflər təsirin insanın xüsusiyyətlərindən, filmin məzmunundan və filmə baxdıqdan sonra aparılan müzakirələr kimi əlavə fəaliyyətlərdən asılı olduğunu vurğulayıblar.

Bu səbəbdən bəzi filmlər sadəcə iki saatlıq əyləncə olaraq qalmır. İnsan filmdəki personajın yaşadığı hadisəni öz həyatı ilə müqayisə edə, müəyyən qərarlar və münasibətlər barədə düşünə bilər.

Bəs zorakılıq səhnələri?

Filmlərin təsiri yalnız müsbət emosiyalarla məhdudlaşmır. Zorakı media məzmununa məruz qalma ilə aqressiv düşüncə, hiss və davranışlar, fizioloji oyanıqlığın artması və prososial davranışların azalması arasında əlaqə olduğunu göstərən çoxsaylı tədqiqatlar mövcuddur. Bununla belə, bu nəticələri "zorakı filmə baxan hər kəs aqressivləşir” kimi sadələşdirmək düzgün deyil. İnsan yaşı, şəxsiyyət xüsusiyyətləri, sosial mühit və məzmunun konteksti kimi müxtəlif amillər də rol oynayır.

Musiqi və səslər də təsirsiz deyil

Filmdəki emosiyanı yalnız aktyorların oyunu yaratmır. Musiqi, səs effektləri və ümumi səs dizaynı da tamaşaçının səhnəni necə qəbul etməsinə təsir edə bilər. Araşdırmalar göstərir ki, filmlərdə fon musiqisi tamaşaçının diqqət proseslərinə və ekrandakı məlumatın qavranılmasına təsir göstərə bilər. Musiqi həmçinin insanın hekayəyə daha çox "dalmasına” və səhnənin emosional təsirinin güclənməsinə kömək edə bilər.

Niyə eyni film iki insana fərqli təsir edir?

Eyni filmə baxan iki insanın tamamilə fərqli reaksiya verməsi təsadüfi deyil. Bir insan qorxu filmini əyləncəli hesab edə bilər, digəri isə həmin səhnələrdən sonra narahatlıq keçirə bilər. Bunun səbəbləri arasında şəxsi təcrübələr, xarakter xüsusiyyətləri, emosional həssaslıq və filmin mövzusunun insan üçün nə qədər tanış və ya yaxın olması dayanır. Araşdırmalar da əyləncə seçimlərinin şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli olduğunu göstərir. 3 mindən çox insanın iştirak etdiyi araşdırmada müxtəlif film və əyləncə janrlarına üstünlük ilə şəxsiyyət xüsusiyyətləri arasında əlaqələr müəyyən edilib.

Film izləməyi yalnız "boş vaxt keçirmək” kimi qiymətləndirmək tam doğru deyil. Ekranda gördüyümüz hekayə müəyyən müddət ərzində emosional vəziyyətimizi dəyişə, diqqətimizi yönəldə və bəzi hallarda başqalarının hisslərini anlamağımıza təsir göstərə bilər.

Fəridə Əsədzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Avqust 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri