Icma.az
close
up
RU
Статья не опубликована
Sadiq Əliyev 1 ildə Dövlət Məşğulluq Agentliyinin reputasiyasını necə dəyişdi?

Sadiq Əliyev 1 ildə Dövlət Məşğulluq Agentliyinin reputasiyasını necə dəyişdi?

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Məşğulluq Agentliyi (DMA) Azərbaycan Respublikasında məşğulluq siyasətinin həyata keçirilməsi üçün yaradılmış vacib bir qurum- public hüquqi şəxdir. Agentlik əmək bazarının tənzimlənməsi, işsizliklə mübarizə, vətəndaşların peşə hazırlığı və yenidən təlimi, eləcə də sosial müdafiənin təmin olunmasında mühüm rol oynayır.

DMA-nın fəaliyyəti aşağıdakı əsas istiqamətlərdə həyata keçirilir:

Əmək bazarı tənzimlənməsi:

DMA əmək bazarının real tələblərinə uyğun olaraq vətəndaşlara iş imkanları təqdim edir. İşəgötürənlərlə əməkdaşlıq edərək iş elanları yaradır və işsiz şəxslərin məşğulluğunu təmin edir.

Peşə hazırlığı və yenidən təlim:

Müasir iqtisadiyyatın tələblərinə cavab verən peşəkar kadrların hazırlanması üçün DMA müxtəlif təlim proqramları həyata keçirir. Bu, xüsusilə texnologiya və xidmət sektorunda ixtisaslı işçi qüvvəsinin artırılmasına kömək edir.

Sosial müdafiə:

İşsizlik müavinətləri və digər sosial təminatlar vasitəsilə DMA işsiz şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına töhfə verir. Eyni zamanda, əhalinin həssas təbəqələrinin iş imkanlarına çıxışını artırır.

İşədüzəltmə yarmarkaları və platformalar:
DMA mütəmadi olaraq işədüzəltmə yarmarkaları təşkil edir və rəqəmsal platformalar vasitəsilə iş axtaranlarla işəgötürənləri bir araya gətirir.

Agentliyin önəmi

DMA-nın fəaliyyəti həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətlidir:

İqtisadi Tərəqqi: DMA işsizliyin azaldılması və insan kapitalının inkişafı vasitəsilə iqtisadi artıma dəstək verir. Təlim proqramları işçi qüvvəsinin peşəkar səviyyəsini artırır və əmək məhsuldarlığını yüksəldir. Sosial sabitlik: Agentliyin fəaliyyəti işsizliyin yaratdığı sosial gərginliyi azaltmağa və əhalinin həyat səviyyəsini yaxşılaşdırmağa xidmət edir. Regional inkişaf: DMA regionlarda iş yerlərinin artırılmasına xüsusi diqqət yetirir. Bu, regionlararası iqtisadi tarazlığın təmin edilməsinə töhfə verir.

Müasir əmək bazarı sürətlə dəyişir və DMA bu dəyişikliklərə adaptasiya etmək üçün innovativ yanaşmalar tətbiq edir. Texnologiyanın inkişafı ilə bağlı yeni peşələrin yaranması və köhnə peşələrin aktuallığını itirməsi DMA-nın fəaliyyətini daha da mühüm edir.

DMA-nın davamlı olaraq əmək bazarını təhlil etməsi, yeni strategiyalar hazırlaması və vətəndaşların ehtiyaclarına uyğun həllər təqdim etməsi Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafına xidmət edir.

Əlbəttə, bütün bunlar bir anda və təsadüfən meydana çıxmayıb. Hələ 1991-ci ildə Azərbaycanda Baş məşğulluq idarəsi yaradılmışdı və DMA həmin qurumun varisidir. Çox təəssüf ki, DMA-nın sələfləri olan qurumlar praktikada nəinki özünü doğrultmuş, hətta ölkədə sosial münasibətləri və sabitliyi təhdid edən, adı müxtəlif korrupsiya araşdırmalarında hallanan sturuktura çevrilmişdi. Odur ki, DMA-nın son bir ildə həyata keçirdiyi layihələr və bu uğurlu fəaliyyət nəticəsində məruz qaldığı reputasiya dəyişikliyində qurumun rəhbərliyin böyük payı var. İşğaldan azad olunan bölgələrdə keçmiş məcburi köçkünlərin işlə təmin olunmasında DMA-nın üzərinə düşən böyük məsuliyyəti göz önündə tutduqda, qurum rəhbərliyinin çevik fəaliyyəti xüsusilə təqdir olunmalıdır.

29 may 2024-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində Sadiq Əliyev çalışır.

Sadiq Əliyev 1984-cü ildə anadan olub.

O, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb. 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Elə bu qısa bioqrafik məlumatlardan da görünür ki, Sadiq Əliyevin rəhbərliyi ilə Dövlət Məşğulluq Agentliyinin ölkənin sosial siyasətində nüfuzlu qurumların birinə çevrilməsində onun intellekti, təcrübəsi və təşkilatçılıq qabiliyyəti xüsusi rol oynayır. Tanıyanlar onu öz işinə məsuliyyətlə yanaşan, intriqalardan uzaq, subardinasiya qaydalarına riayət edən bir persona kimi xarakterizə edirlər.

Mövsüm NOVRUZOĞLU

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 23 Aprel 2025 04:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri