Icma.az
close
up
RU
Dövlət Məşğulluq Agentliyinin yeni layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib FOTOLAR

Dövlət Məşğulluq Agentliyinin yeni layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib FOTOLAR

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oğuz rayonunda qurulan müəssisədə özünüməşğulluq proqramı çərçivəsində avtomobil təmirinə aid sahələr üzrə aktivlər verilmiş şəxslər eyni məkanda fəaliyyət göstərəcək. SİA-ya verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi yeni “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisə istifadəyə verilib.
Oğuz rayonunda yaradılan müəssisədə eyni fəaliyyət sahəsi - avtomobil təmiri ilə bağlı əvvəlcədən müəyyən edilmiş istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb edilməklə müvafiq aktivlərlə təmin olunan şəxslərin eyni məkanda, birgə fəaliyyət göstərməsi üçün yaradılıb.
Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilmiş müəssisədə onlar avtoelektrik, avtomobil şinlərinin bərpası və təmiri, avtomobil disklərinin təmiri, avtoçilingər, avtoyağlama və avtotəmizləmə istiqamətləri üzrə xidmətlər göstərəcək.
Rayonun Padar kəndində, magistral yolun kənarında fəaliyyət göstərən müəssisənin açılış tədbirində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Cavid Əbdul-Qədirov yeni yaradılan müəssisənin rayonda yeni iş yerlərinin yaradılması, məşğulluq imkanlarının artırılması baxımından önəmini vurğulayıb. Belə layihələrin bölgədə xidmət sektorunun inkişafına dəstək verməklə yanaşı, sakinlərin məşğulluğunun təminatına mühüm dəstək olduğunu bildirib.
Sadiq Əliyev “PeşəCar” layihəsi barədə məlumat verib. Qeyd edib ki, layihə özünüməşğulluq proqramının daha səmərəli icrasına, iştirakçıların biznes fəaliyyətlərinin rəqabət qabiliyyətinin artırılmasına və gəlirliliyin yüksəldilməsinə xidmət edir. Məqsəd vətəndaşları aktivlərlə təmin etməklə yanaşı, onların dayanıqlı biznes qurmalarına, gəlirlərini artırmalarına və öz sahələrində peşəkar fəaliyyət göstərmələrinə də dəstək olmaqdır.
Digər çıxış edənlər layihənin işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsində əhəmiyyətli rolunu vurğulayıb, müəssisənin fəaliyyətinin səmərəli olacağına əminliklərini ifadə ediblər.
Layihə çərçivəsində müəssisənin fəaliyyət istiqamətləri mərhələli şəkildə genişləndiriləcək. Yaxın zamanda müəssisədə avtorəngsaz, avtodəmirçi, zədələrin boyasız təmiri və avtorazval xidmətlərinin göstərilməsinə də başlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri