Icma.az
close
up
RU
Sadıqov dedi ki, nazir bizə yardım etmək istəyir... Şlyapa Zahid

Sadıqov dedi ki, nazir bizə yardım etmək istəyir... Şlyapa Zahid

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyev vəkili Əli Adıgözəlovun suallarını cavablandırıb.

Təqsirləndirilən şəxsin vəkili ona belə bir sual verib. Vəkil qeyd edib ki, 24 milyon manat bankdan kredit götürülüb, həmin pul Nəcməddin Sadıqov və digər şəxslərlə əlbir olaraq mənimsənilib. O, müvəkkilindən "bu barədə nə deyə bilərsiniz" deyə soruşub. Zahid Niftəliyev isə vəkilin sualına belə cavab verib: "Kredit alınması ilə bağlı söhbət olmayıb. Burada firma açılması ilə bağlı söhbət olub. Hansısa şərəfsiz, vicdansız kredit almaq adı ilə imzamdan istifadə edib, pulu yeyibsə...".

Bu zaman hakim Novruz Kərimov təqsirləndirilən Zahid Niftəliyevə xəbərdarlıq edib. Deyib ki, bu cür ifadələri işlətmək olmaz. Zahid Niftəliyev isə söyüş söymədiyini deyib. Amma hakim onun nəzərinə çatdırıb ki, vicdansız, şərəfsiz demək də söyüş kimi nəzərdə tutulur.

Daha sonra vəkilinin suallarını cavablandıran Zahid Niftəliyev bildirib ki, kreditin götürülüb-götürülməməsi ilə bağlı onun xəbəri olmayıb, bu barədə yalnız sabiq vergilər naziri Fazil Məmmədovun ölümündən sonra xəbər tutub: "Baş qərargah rəisi məni yanına çağıraraq dedi ki, Fazil bizə humanitar yardım etmək istəyir. Amma orada kredit, pul söhbəti olmayıb. Mən banka gedərək müqaviləyə imza atmışam, amma kredit görməmişəm. Ötən məhkəmə prosesində həmin otaqda kimlərin iştirak etdiyini demişəm".

Zahid Niftəliyev bir daha deyib ki, o heç bir pul görməyib: "Vergilər Nazirliyi məndən hesabat istədi. Mən də Mahir Rəfiyevdən soruşdum ki, bu nə məsələdir. Dedi ki, sənlik deyil, vəssalam. Fazil rəhmətə gedəndən iki ay sonra bankdan mənə zəng vurdular, dedilər ki, kreditin var. Bankın müdiri məni çağırdı. Orada bildim ki, kredit götürülüb, pulu da mənimsənilib. Mənim ömrümdə kreditim olmayıb. Bilirəm ki, sənədlərə imza atanda baxılmalıdır. Mən bilirdim ki, Fazil Məmmədov orduya humanitar yardım etmək istəyib. Demək istəyirəm ki, bu, Fazilin öz işi olub. Mən kim idim ki, mənə o qədər kredit versinlər".

Növbəti proses noyabrın 27-də davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Noyabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri