Icma.az
close
up
RU
Sadıqov: “Renato elə oyunçudur ki, millimizə xeyir verə bilər”

Sadıqov: “Renato elə oyunçudur ki, millimizə xeyir verə bilər”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının X turunun “Karvan-Yevlax” – “Zirə” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Çempionatın oyunları elədir ki, hansısa oyuna rahat yanaşa bilmirsən. Matçdan əvvəl də bilirdik ki, burda bizi necə oyun gözləyir. Son turda “Turan Tovuz”a qarşı yaxşı, əzmkar oyun göstərmişdilər. Çətin olacağını bilirdik. İlk hissədə çoxsaylı qol epizodları yaratdıq. Rəqib qapıçı inanılmaz seyv edirdi. Bizdə isə qapımıza gələn bir zərbə qol oldu. Fasilədə dedim ki, belə davam etməli, bir az sürəti artırmalıyıq. Fasilədən sonra rəqib daha bir qol vursa da, futbolçular özlərində güc tapıb, geridönüş etdi və qələbə qazandı. Bu şəkildə davam etməliyik. Qarşıda “Turan Tovuz”la bizi ağır oyun gözləyir.

– Kapitanın (Qismət Alıyev) ehtiyatda olması nə ilə bağlı idi?
– Yorğun olduğu hiss edilirdi. Ötən matçda da oynatmamağı düşünürdüm, amma son anda fikrimi dəyişdim. Bu gün ona bir az istirahət verməyi düşündüm.

– Zədəliləriniz nə vaxt qayıdır?
– İssa Cibrilla məşqlərə başlayacaq, amma oynaması sual altındadır. Volkovun da milli fasilədən sonra qayıtması gözlənilir.

– Buraxdığınız qolları necə şərh edərdiniz?
– Düşünürəm ki, canlı səddin səhvi idi. “Qarabağ”la buraxdığımız qola oxşadı. Orda da top canlı səddin altından keçmişdi. Standart vəziyyətlərdə oxşar səhvlər olur. İkinci qolda Aydınlıq bir şey yox idi. Rəqib 100 faizlik epizod yaxalamışdı.

– Ruan Renatoya Azərbaycan millisində oynamaqla bağlı söhbət etmisinizmi?
– Söhbətim olmayım. Son illərdə milliləşmə ilə bağlı prosesdə durğunluq var. Renato elə oyunçudur ki, millimizə xeyir verə bilər. Onda azərbaycanlı xüsusiyyətləri – patriorluq, diqqət, futbolçularla münasibət var. Bu cür futbolçuların milliləşməsinə ehtiyac varsa, etmək olar. Yenə də qərar məndən asılı deyil. “Zirə”nin məşqçisi kimi yox, azərbaycanlı biri kimi onun milliləşməsinə sevinərəm. Necə məsləhətdirsə, elə olsun.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri