Şadlıq evləri niyə mərasim zallarına çevrilir? Video
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məkanlarda indi boş günlərin sayının artdığı bildirilir.
Axar.az Baku TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, böyük toy mərasimləri əvəzinə kiçik və sadə məclislərə üstünlük vermək daha məqsədəuyğundur.
Onların sözlərinə görə, xüsusilə, gənclərin maddi imkanlarının məhdud olması toy xərclərini qarşılamağı çətinləşdirir.
"Ən yaxşısı 50 nəfərlik toydur. Çox xərc çəkməyə ehtiyac yoxdur. Böyük toy məclisi artıq şeydir", - deyə sakinlərdən biri mövzu ilə bağlı keçirilən sorğu zamanı söyləyib.
Restoran inzibatçıları da müştəri sayında azalma olduğunu bildirirlər. Onların sözlərinə görə, şadlıq evlərində menyu qiymətlərinə müəyyən endirimlər tətbiq olunsa da, əvvəlki tələbatı bərpa etmək mümkün olmayıb.
Bəzi məkanların hətta fəaliyyət istiqamətini dəyişərək mərasim evi kimi işləməyə üstünlük verdiyi qeyd olunur.
Baxış sayı:154
Bu xəbər 05 Sentyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















