Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Sağ ol, Qurban bəy: canımızı saymaqdan qurtardın!

Sağ ol, Qurban bəy: canımızı saymaqdan qurtardın!

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 1-dən – “Qarabağ”ın “Kopenhagen”i qəbul etdiyi gündən futbol ictimaiyyətinin əksər nümayəndələri kimi, mən də turnir cədvəlindən “asılmışdım”; hesabla ha hesabla, neçə xalın pley-offa aparacığını tapmağa çalış, onlarla məqalə yaz, cırt-pırt və sonda ...heç nə! Sonda bu nağıl amansızcasına bitsin, daha doğrusu, Qurban Qurbanov hədsiz kobud səhvlərlə bütün Azərbaycanın inanmağa başladığı nağılı bitirsin...

Qurban bəy futbolumuz üçün o qədər çox iş görüb ki, bu gün onun aşkar səhv etdiyini anlayan adamlar belə tənqiddən çəkinir, sanki bunu özünə ar bilir. Amma ehtiyac yoxdu, lazımdısa, mən bunu qışqıra-qışqıra deməyə hazıram: dünənki oyunu heç bir başqa şəxs yox, məhz Qurban Qurbanov uduzdu!
Əvvəlcə onu bir məqama görə qınayanlarla razılaşmadığını deyim, sonra tənqid hissəsinə keçəcəm. Məsələn, deyirlər ki, “Qarabağ” gərək 2:1-dən sonra hücum etməyəydi, arxaya çəkilib qapısının toxunulmazlığını qoruyaydı. Yox, Qurban bəy 2:1-i 3:1 etmək və bununla da işi bitirmək istəyirdi. Sadəcə, bu hədəfə çatmaq yollarını düz seçmədi. Yollar nə yollar... 12 dəqiqədi hesabda irəlidəsən, meydanda normal oyun gedir, faciədən xəbər verən heç bir əlamət yoxdu, əsas bombardirini, bu yerlərə gəlib çıxmağında böyük rol oynayan Leandro Andradeni vecsiz Nəriman Axundzadə ilə əvəz edirsən. Bilə-bilə ki, Nəriman irəlidəki öhdəliklərini yerinə yetirməyə qadir olmaması bir tərəfə, bu gün mənəvi-psixoloji cəhətdən də çöküb, belə təzyiqin altından çıxmağa qadir deyil. Sonra da mətbuat konfransında deyirsən ki, “mən özüm bilmirəm Nəriman haqda nə deyim”... Qurban bəy, onu məşqdə sən görürsən, meydana sən buraxmısan, necə yəni “nə deyəcəyimi bilmirəm”? Bəs kim bilməlidi?
Nəriman 11 dəqiqədə meydanda vurnuxur, özünə yer tapa bilmir, oyundaşlarıyla anlaşma səviyyəsi hədsiz aşağıdı. Və bu məqamda Qurban bəy oyuna növbəti dəfə müdaxilə edir: meydandakı ən fəal oyunçularından birini, fədakarlığı, pressinqi inanılmaz səviyyədə olan Kamilo Duranı Aleksey Kaşukla əvəz edir. Leandro kimi Kamilo da əvəzlənməsindən narazıdı, meydanı tərk etmək istəmədiyi aydın görünür, amma baş məşqçinin dediyinə əməl edir, sakitcə yerini ukraynalı vecsizə verir.
Sizə bir söz deyim: Kaşuk dünənki oyunda bu “vecsiz” ifadəsini Nərimandan da artıq dərəcədə haqq etdi. Şəxsən mən onun meydanda olduğu 25 dəqiqədə hansısa faydalı hərəkətini görmədim. Hey səhv, hey səhv... Sonra, yəni hesab 2:3 olandan sonra artıq Toral Bayramov, Dani Bolt və Xoni Montyel də mübarizəyə qoşuldu. Amma bu dəyişikliklərin heç bir faydası olmadı, o leysanda tribunaları dolduran 30 mindən artıq azarkeş telefonunun hesablama əməliyyatlarını da dayandırıb, əli ətəyindən uzun evinə qayıtdı. Əslində yazıya elə burda nöqtə qoya bilərdim.
Amma iki məqam da var ki, toxunmasam, ürəyim dayana bilər, Qurban Qurbanov daha bir günaha batar. Dünəndən sosial şəbəkə yazırlar ki, bəs “Ayaks”ın mükəmməl infrastrukturu, akademiyası var, bu komanda ÇL-in dördqat (sonuncu dəfə 30 il əvvəl!) qalibidi, nə bilim, nə... Zamanlama baxımından olduca yanlış yanaşmadı. “Ayaks”a da, onun titullarına da, bazasına da...
Meydanda titullar və hansısa texniki avadanlıqlar oynamır, iki dəfə önə çıxmışdıq, qələbəni qorumalı və 24 komanda arasına düşməliydik. Amma Qurbanov bu oyunu uduzdu, qələbəni “yəhudilər”ə “bağışladı”.
Qurban bəyin məni, hər kəsi, ümumiyyətlə, futbol ictimaiyyətini bezdirən daha bir tezisi: oyunçularımdan razı qaldım, komandamdan razı qaldım! Bəsdi, qardaşım, bəsdi! Anlayıram, komandanı, futbolçularını ictimaiyyəti önündə tənqid etmək istəmirsən. Amma bunun üçün işlətdiyin ifadələr sənin elə o ictimaiyyətə, ictimai rəyə tüpürməyin və hörmətsizlik etməyin anlamına gəlir. Eynən Nəriman Axundzadəyə aşırı sevgin, onu bütləşdirməyin kimi!
Heyif, heyif, yenə də heyif... Söz vaxtına çəkər, 2014-cü ilin məhz bu günündə “İnter”lə Bakıdakı oyunda vicdansız hakim Miroslav Zelinka Almeydanın qaydalar çərçivəsində vurduğu qolu saymadı, “Qarabağ”ı Avropa Liqasının qrupundan çıxmağa qoymadı və illərlə həmin uğurun həsrətini çəkdik. Dünən isə hakim yox, özümüz səhv etdik və bu dəfə neçə il gözləyəciyimizi Allah bilir...
Yenə də sağ ol, Qurban bəy, canımızı saymaqdan qurtardın! Artıq son iki turun oyunlarına azarkeş yox, adi bir futbol həvəskarı, nəticələrlə maraqlanan Allah bəndəsi kimi baxacağıq.
HUŞƏNG

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri