Xanım sürücüyə Sağ ol dedi, cərimə EDİLDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Bakıda kişi sürücü xanım sürücüyə "Sağ ol" işarəsi etdiyinə görə cərimələnib.
Redaktor.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1976-ci il təvəllüdlü Y.D. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Y.D. idarə etdiyi avtomobildə qarşıdan gələn maşının sürücüsü Afaq Əliyəsər qızına qarşı nalayiq ifadələr işlədib. Y.D. məhkəmədə Afaqa qarşı hər hansı nalayiq ifadə işlətmədiyini və xanım sürücü yolda qəza şəraiti yaratdığına görə ona irad bildirdiyini deyib. Məhkəməyə təqdim edilmiş videoda görünən hərəkətdə isə o, qarşı tərəfə "Sağ ol" işarəsi etdiyini bildirib.
Məhkəmənin qərarı ilə D.Y. barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















