Icma.az
close
up
RU
Şagird məktəbli yoldaşına kəsici alətlə xəsarət yetirib

Şagird məktəbli yoldaşına kəsici alətlə xəsarət yetirib

Bu gün günorta saatlarında Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı X sinif şagirdi digər şagirdə qəfildən kəsici alətlə xəsarət yetirib. SİA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.

seeBaxış sayı:50
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri