Icma.az
close
up
RU
“Şagird nə etsə də, onu döyməyə haqqımız yoxdur” Təhsil eksperti

“Şagird nə etsə də, onu döyməyə haqqımız yoxdur” Təhsil eksperti

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bu yayılan videolar heç də xoş deyil, insanı üzən və kədərləndirən videolardır. Bu hallar təkrarlanır, hər il məktəblərdə müşahidə olunur. Bunun qarşısını almaq üçün həmin şəxs mütləq cəzalandırılmalıdır və mütləq təhsil sferasından çıxarılmalıdır. Əgər həqiqətən də bir insan amansızcasına şagirdi döyürsə, mütləq həmin müəssisədən uzaqlaşdırılmalıdır və təhsil sferasında yox, başqa sahədə işinə davam etməlidir".

Bu fikirləri Redaktor.az-a şagird və xadiməni döyən direktor müavininin yayılan videosundan danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi.

Onun sözlərinə görə, heç bir halda müəllim və məktəb direktoru şagirdi döyə bilməz.

"Bunun üçün müəyyən prosedurlar, qaydalar və davranış normaları mövcuddur. Şagirdə verilə biləcək müəyyən mənfi nəticələr, cəzalar var, amma bunların içərisində fiziki şiddət ola bilməz. Ona görə də biz müəllimlərin, direktorların və əsəbləşərək şagirdi döyən digər təhsil işçilərinin davranışlarına bəraət qazandıra bilmərik. Şagird nə etsə də, hansı mənfi davranışı göstərsə də, bizim onu döyməyə haqqımız yoxdur. Bu, həm mənəvi, həm də konstitusion hüququmuz baxımından mümkün deyil. Əgər övladımızı belə, Azərbaycan vətəndaşı olaraq yetişdirsək belə, onu döyə bilmərik, o zaman başqasının övladını necə döyə bilərik? Yəni buna hüququmuz çatmır.

Buna görə də biz bunu dərk etməli, emosiyalarımızı kontrol etməyi bacarmalıyıq. Əgər bunu bacarmırıqsa, deməli, işimizi düzgün icra etmirik. Psixologiyamız və emosional vəziyyətimiz işimizi icra etmək üçün uyğun deyilsə, bu işi icra etməməliyik. Bu hallar dünyanın hər tərəfində baş verə bilər, amma bu halların qarşısını almaq və başqalarına da dərs olmaq üçün həmin rəhbərlik işçisi cəzalandırılmalıdır. Əgər cəzalandırılmazsa, bu hallar artaraq davam edəcək",- deyə müsahibimiz fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri