Icma.az
close
up
RU
“Təhsil sistemi şagirdyönümlü elan edilsə də, praktikada şagird amili nəzərə alınmır” TƏHSİL EKSPERTİ

“Təhsil sistemi şagirdyönümlü elan edilsə də, praktikada şagird amili nəzərə alınmır” TƏHSİL EKSPERTİ

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda buraxılış imtahanları tədris ili bitmədən, mart və bəzi hallarda aprel aylarında keçirilir.

Bu imtahanlar 9 və 11-ci siniflərin proqram materiallarını əhatə edir.

Maraqlıdır, tədris prosesi hələ davam etdiyi halda, bu yanaşma nə dərəcədə düzgündür?

Gununsesi.info-ya danışan təhsil eksperti Elşən Qafarov məsələyə aydınlıq gətirib:

“Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarını tədris ilinin başa çatmasına 12–14 həftə qalmış keçirməsi mövcud qaydalara ziddir. Çünki buraxılış imtahanı yekun attestasiyadır. Yekun attestasiya isə 9-cu və 11-ci siniflər üzrə, yəni ümumi orta və tam orta təhsil səviyyələrində tədris olunmuş proqram materiallarının Azərbaycan dili (tədris dili), xarici dil və riyaziyyat fənləri üzrə qiymətləndirilməsi deməkdir.

Tədris ili iyunun 14-də başa çatır. Proqramın bitməsinə 12–14 həftə qalmış onun yekun attestasiya ilə qiymətləndirilməsini doğru hesab etmirik. Dövlət İmtahan Mərkəzi bildirir ki, imtahanın keçirildiyi tarixdən sonrakı dövrdə tədris olunacaq materiallar imtahana salınmır. Lakin nəzərə alsaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən tədris ilinin müddəti 34 həftədir, bu halda 12–14 həftə ümumi müddətin təxminən 40 faizinə bərabərdir. Yəni tədris materiallarının keçirilməsi üçün müəyyən edilmiş vaxtın 40 faizi başa çatmamış imtahanın keçirilməsi absurddur.

Məsələnin digər tərəfi də var. Hörmətli Məleykə xanım bildirir ki, situasiya tipli sualların yoxlanılması üçün böyük vaxt tələb olunur. Biz isə bildiririk ki, əgər bu tip suallar ölkənin təhsil sistemində bu qədər qarışıqlıq və problem yaradırsa, o zaman situasiya tipli suallar ya başqa alternativlə əvəz edilməli, ya da ümumiyyətlə ləğv olunmalıdır. Qaydalara əsasən, 9-cu sinif üzrə yekun attestasiya 5–9-cu siniflərdə keçirilən materiallar əsasında aparılmalıdır. Halbuki tədris ilinin təxminən 40 faizi hələ bitməmiş attestasiya keçirilir. Eyni vəziyyət 11-ci siniflərə də aiddir: 5–11-ci sinif materialları üzrə imtahan keçirilir, amma tədris prosesi davam edir”.

Təhsil eksperti qeyd edib ki, bu yanaşma süni şəkildə repetitorluğun sürətlə yayılmasına gətirib çıxarır.

O problemin çıxış yollarına da toxunub:

“Birincisi, situasiya tipli suallar imtahandan çıxarılmalı və ya daha tez yoxlanıla bilən alternativ suallarla əvəz olunmalıdır.

İkincisi, buraxılış imtahanları iyunun birinci yarısında – iyunun 1-dən 14-dək keçirilməlidir.

Bu, repetitorluğa tələbatın əhəmiyyətli dərəcədə azalmasına, uşaqların həddindən artıq yüklənməməsinə səbəb olar. Hazırda uşaqlar bayram bilmir, şənbə-bazar tanımır, gecə-gündüz dərs oxuyur, çünki mart ayında imtahan keçirilir. Düşünürəm ki, bu problem süni şəkildə yaradılıb. Situasiya tipli sualların yoxlanılmasının çətinliyini əsas gətirərək imtahanların mart-aprel aylarında keçirilməsi doğru yanaşma deyil.

Azərbaycan təhsilində əsas diqqət mərkəzində uşaq, şagird olmalıdır. Təhsil sistemi şagirdyönümlü elan edilsə də, praktikada şagird amili nəzərə alınmır, əksinə, şagirdlər istismar olunur. Bu barədə fikrimizi dəfələrlə səsləndirmişik və birmənalı şəkildə bildiririk ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını iyunun 1-dən 14-dək keçirməlidir. Situasiya tipli suallar isə ya ləğv edilməli, ya da daha tez qiymətləndirilə bilən alternativlərlə əvəz olunmalıdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Yanvar 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri