Icma.az
close
up
RU
Şagird sayı az olan məktəblər niyə bağlanır? AÇIQLAMA

Şagird sayı az olan məktəblər niyə bağlanır? AÇIQLAMA

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son günlərin təhsil sahəsində ən çox müzakirə edilən məsələlərdən biri 1500 məktəbin bağlanması xəbəridir. Belə ki, bu barədə ilk dəfə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin iclasında danışıb. 

O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır. "Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.

Emin Əmrullayev isə sözügedən məlumatı təkzib edib. O qeyd edib ki, xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isə aşağıdakılardır:

1. Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.

2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

"Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1 500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir", - nazir qeyd edib.

Mövzu ilə bağlı Modern.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri bildirib ki, bəzi bölgə məktəblərində şagirdlərin sayı kifayət qədər azdır, lakin ora çəkilən xərclər, Bakıdakı ümumi-orta təhsil mərkəzlərinə çəkilən xərclərlə az qala eynilik təşkil edir.

“Təhsil sənədlərində bir şagirdə çəkilən xərcin ümumi smetası göstərilir. Həmin smetaya əsasən müəllimin maaşı, infrastruktur, kommunal xərclər, dərs vəsaitləri və sair detallar hesablanır və ümumi məxrəcə gətirilir. Ümumi məxrəc şagird sayı az olan məktəblərdə zərərə işləmiş olur. Buna görə də həm maliyyə, həm də təhsilin keyfiyyətinin artırılması baxımından məktəblərin komplektləşdirilməsinə ciddi ehtiyac yaranır. Bu gün bizim orta ümumtəhsil müəssələrimizin sayı 4532-dir, onun 1500-də 100 dən aşağı şagird təhsil alır”. 

O vurğulayıb ki, məktəblərdə az şagirdin təhsil almasının görünən və görünməyən problemləri var. “Bunun görünməyən tərəfi - xərclər problemləridir. Bunun sırf təhsil adına, təhsil verən və alan adına görünən tərəfi ondan ibarətdir ki, az şagird olan məktəblərdə müəllimin maaşında da çatışmazlıqlar olur, çünki şagird sayı azdırsa, demək müəllimin də dərs saatı azdır. Şagirdlər baxımından mənfi tərəf isə odur ki, şagirdlərin azlıq təşkil etdiyim məktəblərdə tədris baxımından münasibət o qədər də ürəkaçan olmur. Bu da şagirdlər arasında müsbət rəqabətliliyi də azaldır. Bu səbəbləri nəzərə alsaq görərik ki, məktəblərin komplektləşdirilməsinə, vahid bir məktəbdə cəmlənməsinə çox böyük ehtiyac var”. 

Elmin Nuri sonda onu da vurğulayıb ki, prosesin reallaşmasında əsas məqsəd onun düzgün aparılması olmalıdır. “Belə ki, burada təhsilalan və təhsilverən şəxslərin hüquq və imtiyazlarına ciddi şəkildə riayət olunmalıdır. Məsələn ləğv olunan məktəblərin müəlimlərinin dərs bölgüsü düzgün aparılmalı, şagirdlərə olan münasibət yeni dərs alacaqları məktəbdə obyektiv olmalıdır. Bunlar məsələnin görünməyən, lakin ən önəmli hissəsidir. Bunlar olduğu halda biz məktəblərin komplektləşdirilməsinə tələsməliyik”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:291
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri