Icma.az
close
up
RU
Şagird sayı az olan məktəblərlə bağlı təklif

Şagird sayı az olan məktəblərlə bağlı təklif

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: "Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik".

Manset.az xəbər verir ki, təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, bu problem bir neçə ildir gündəmdədir:

"Ucqar kəndlərdə şagird sayının azlığı, gənclərin paytaxta üz tutması səbəbilə məktəblər boşalıb. Bir şagirdi olan məktəblər var. Belə olduğu təqdirdə kompeks birləşməyə getmək lazımdır. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış yerləri salınarkən bu məsələ diqqətə alınıb. Bir neçə yaşayış mərkəzini birləşdirən rayon mərkəzində bir məktəb tikilir. Mövcud məktəblərdə isə bu problem daşıma ilə həll oluna bilər. Türkiyədə bu problemin həlli üçün başqa həll yolu tətbiq olunurdu. İnternat tipli məktəblər var idi. Uzaqda yaşayan şagirdlər yataqxanası olan məktəblərdə təhsil alırdılar. Təmayüllü məktəblərdə bu metod mövcuddur, onların yataqxanaları var. Az sayda şagirdi olan məktəblər üçün də bu metod tətbiq oluna bilər. Bununla şagirdlərin gedib-gəlməyə, yola sərf etdikləri vaxt aradan qalxmış olar. Düzdür, burada şagirdin yataqxana xərcləri, qalmaq, yemək xərcləri ortaya çıxır. Sovet dövründə Azərbaycanın bir çox rayonlarında sadəcə orta təhsil var idi, yuxarı siniflərdə təhsil almaq istəyən uşaqlar qonşu kəndlərdəki məktəblərə gedirdilər. Bir məktəbdə bir şagirdin, bir neçə müəllimin olması düzgün deyil. Müəllim təyinatında bir problem yoxdur, burada əsas problem şagird sayındadır. Yeni məktəblər tikmək əvəzinə sökülüb yenidən qurula bilən məktəblər salına bilər. Regionlarda məşğulluq problemlərinin həll edilməsi, yeni iş yerlərinin açılması regionların cəlbediciliyini qaytara bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 21 Noyabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see396

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see255

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see241

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see227

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see225

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see214

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see206

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see203

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see203

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see202

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see202

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see200

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see199

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see196

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see194

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see193

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see191

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see186

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see181

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri