Icma.az
close
up
RU
Şagird sayı az olan məktəblər bağlanacaq? KONKRET

Şagird sayı az olan məktəblər bağlanacaq? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Uşaq sayı az olan ucqar kənd məktəblərinin bağlanması, şagirdlərinin onlayn təhsilə cəlb edilməsi ilə bağlı çoxdan səslənən fikirlər reallığa çevrilməyə yaxındır. Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda bununla bağlı verdiyi açıqlama keçidin başlanğıcına doğru addım sayıla bilər: “Bizim elə bölgələrimiz var ki, orada adambaşına bir şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır. Belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir”. Nazir kiçik məktəblərdə ciddi keyfiyyət probleminin mövcudluğunu, orada işləyən heyətin sayının şagirdlərin sayından iki dəfə çox olduğunu da vurğulayıb. Onun sözlərinə görə, növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlaşdırılır və bu, pilot layihə kimi həyata keçiriləcək.

KONKRET.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

Ancaq bu keçid təbii ki, çox ağrılı ola bilər. Bu model uşaqların sosiallaşmasını əngəlləməyəcəkmi? Bağlanacaq məktəblərdə təhsil alan bütün uşaqların texnoloji alətlərə çıxışları əlçatan olacaqmı? Bu keçid valideynlərin övladlarının təhsili naminə kənddən şəhərə yeni köçünə rəvac verməyəcəkmi?

Mövzu ilə bağlı təhsil sahəsində çalışanların fikirləri də birmənalı deyil.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-tədris mərkəzinin müdiri Xalidə Həmidovanın sözlərinə görə, həqiqətən ucqar yerlərdə bir və ya iki şagirdin oxuduğu məktəblər var: “Ailələrin şəhərə köç etməsi, kəndlərdə uşaqların az olması bu məsələdə rol oynayır. Belə məktəbin saxlanması da maliyyə baxımından çətin məsələdir. Yəqin ki, nazirlik alternativ modellər fikirləşir. Məsələn, qonşu Gürcüstanda avtobus ucqar kəndlərdən uşaqları yığıb bir məktəbə gətirir, sonra da aparıb valideynlərinə təhvil verir”. X.Həmidova bildirir ki, onlayn təhsilə keçilməsi ilə bağlı qanunvericilikdə də dəyişiklik edilməlidir: “Hələ ki, bizdə onlayn təhsil forması yoxdur. Bu, qanunvericilikdə təsbit olunmalıdır. Kənd yerlərində texnoloji avadanlıqlar əlçatan deyil, internetlə bağlı da problemlər var. Biz bunu pandemiya dövründə müşahidə etdik”.

“O uşaqlar sosiallaşmaqda çətinlik çəkəcəklər”

Xaçmaz rayon Çarxı kənd tam orta ümumtəhsil məktəbinin alman dili müəllimi Tavat İsgəndərova hesab edir ki, ucqar və şagird sayı az olan məktəblərdə onlayn tədrisə keçilməsi, qismən də olsa, müəllim çatışmazlığının qarşısını almış olacaq: “Uşaqlar daha keyfiyyətli tədris görməklə yanaşı, həm də ucqar kəndlərdə təmirsiz məktəblərdə oturmaq məcburiyyətində qalmayacaqlar. Eyni zamanda, fənlərin davamlılığı təmin olunar və şagirdlər bütün fənlərdən ixtisaslaşmış müəllimlərdən dərs almış olarlar”. Amma müsahibimiz təklif olunan modelin mənfi tərəfinin olacağını da istisna etmir: “O uşaqlar sosiallaşmaqda və yeni dostlar qazanmaqda çətinlik çəkəcəklər. Pilot layihə kimi tətbiq olunması isə mümkün çətinlikləri öncədən müəyyənləşdirmək baxımından çox yaxşıdır”.

“Yolda 2-3 saat vaxt itirməkdənsə…”

“Sinif otağında, əyani şəkildə olan dərslərin yerini heç bir şey verə bilməz”, – deyən Astara rayonu Deqədi kənd ümumi orta məktəbin informatika müəllimi Nemət Tarverdiyevin məsələyə münasibəti də birmənalı deyil. Onun sözlərinə görə, ucqar yerlərdə uşaqların məktəbə gəlməsi üçün bəzən 2-3 saat vaxt lazım olur: “Bəlkə də o vaxtı itirməkdənsə, onlayn dərs daha yaxşıdır. Bu gün ölkədə internet məsələsi demək olar ki, həll olunub. Amma uşaqlar kompüter, notbukla təmin olunmalıdırlar ki, bu dərslərə qoşula bilsinlər. Onsuz da biz əyani dərsləri keçəndə də bir çox materialların axtarışını, tapşırıqları şagirdlərə internet üzərindən veririk”. Müəllim hesab edir ki, bu ideyanın uğur qazanmasında valideyn məsuliyyəti əsas olacaq: “Uşaq evdə onlayn oxuyanda valideynin üzərinə daha çox məsuliyyət düşəcək. Yaxşı olar ki, belə layihələrin nəzərdə tutulduğu kəndlərdə qabaqcadan valideynlərə də təlimlər keçirilsin. Valideynlər uşaqlara istiqamət verməklə yanaşı, onlara nəzarəti gücləndirməlidirlər”.

Fransız dili müəllimi Gülnar Əliyevanın fikrincə, onlayn dərslərin müsbət və mənfi tərəfləri var: “Artıq bütün evlərdə internet mövcuddur, texnoloji avadanlığa əlçatanlıq var. Onlayn dərslər bəzən əyani dərslərdən daha yaxşı effekt verir. Uşaqlar məktəbdə daha çox nadincdir, dərsi pozmağa meyillidirlər. Onlayn dərsdə bu, mümkün deyil. Sadəcə, uşaqların sosiallaşması bir az çətin ola bilər”.

“Bəs bağlanacaq məktəblərin müəllimləri neyləyəcəklər?”

ABŞ-də çalışan təhsil üzrə ekspert Qoşqar Məhərrəmovun fikrincə, şagird sayı çox az olan uzaq kənd məktəblərinin distant təhsilə keçməsi maddi resursların rentabelli istifadəsi baxımından məntiqli görünür: “Ancaq burada təhsilin keyfiyyətinə də diqqət edilməlidir. Həmin yerlərdə uşaqlara keyfiyyətli təhsil, sürətli internet, lazımi avadanlıq təklif edə biləcəyikmi?” Ekspertin fikrincə, ucqarlarda yaşayan uşaqlara dərs keçmək üçün müxtəlif modellər mövcuddur ki, onlardan biri onlayn, digəri daşımalı təhsildir: “Onlayn təhsil bəlkə də məktəbin savad vermək funksiyasını yerinə yetirə bilər, bütün funksiyalarını icra etməsi isə mümkünsüzdür. İnternetin sürəti normal olsa, şagirdləri kompüterlə təmin edə bilsək, müəllimlər dərsləri onlayn formada keçə bilərlər. Amma biz o uşaqlara sosial mühit verə, dost mühiti təmin edə bilmərik. Bəs bağlanacaq məktəblərin müəllimləri neyləyəcəklər? Mənə elə gəlir ki, bizim o kəndlərə onlayn təhsildənsə, daşımalı təhsili aparmağımız daha düzgün olar”. Q.Məhərrəmov ucqar kəndlərdəki şagirdləri yaxın kəndlərə daşıyıb, ən azı 9-cu sinfə qədər icbari təhsillə təmin etməyin tərəfdarıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri