Icma.az
close
up
RU
Şagird sayı az olan məktəblərlə bağlı TƏKLİF

Şagird sayı az olan məktəblərlə bağlı TƏKLİF

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: “Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik”.
Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, bu problem bir neçə ildir gündəmdədir:
“Ucqar kəndlərdə şagird sayının azlığı, gənclərin paytaxta üz tutması səbəbilə məktəblər boşalıb. Bir şagirdi olan məktəblər var. Belə olduğu təqdirdə kompeks birləşməyə getmək lazımdır. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış yerləri salınarkən bu məsələ diqqətə alınıb. Bir neçə yaşayış mərkəzini birləşdirən rayon mərkəzində bir məktəb tikilir. Mövcud məktəblərdə isə bu problem daşıma ilə həll oluna bilər. Türkiyədə bu problemin həlli üçün başqa həll yolu tətbiq olunurdu. İnternat tipli məktəblər var idi. Uzaqda yaşayan şagirdlər yataqxanası olan məktəblərdə təhsil alırdılar. Təmayüllü məktəblərdə bu metod mövcuddur, onların yataqxanaları var. Az sayda şagirdi olan məktəblər üçün də bu metod tətbiq oluna bilər. Bununla şagirdlərin gedib-gəlməyə, yola sərf etdikləri vaxt aradan qalxmış olar. Düzdür, burada şagirdin yataqxana xərcləri, qalmaq, yemək xərcləri ortaya çıxır. Sovet dövründə Azərbaycanın bir çox rayonlarında sadəcə orta təhsil var idi, yuxarı siniflərdə təhsil almaq istəyən uşaqlar qonşu kəndlərdəki məktəblərə gedirdilər. Bir məktəbdə bir şagirdin, bir neçə müəllimin olması düzgün deyil. Müəllim təyinatında bir problem yoxdur, burada əsas problem şagird sayındadır. Yeni məktəblər tikmək əvəzinə sökülüb yenidən qurula bilən məktəblər salına bilər. Regionlarda məşğulluq problemlərinin həll edilməsi, yeni iş yerlərinin açılması regionların cəlbediciliyini qaytara bilər”.
Törə Zeynallı
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri