Icma.az
close
up
RU
Şagirdi “döyən“ müəllim doğrudanmı, işdən çıxarılmalı idi? Müəmma və təsirləndirici mənzərə

Şagirdi “döyən“ müəllim doğrudanmı, işdən çıxarılmalı idi? Müəmma və təsirləndirici mənzərə

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Ötən gün Gəncədə Samir Vəliyev adına orta məktəbdə 5-ci sinif şagirdini döyən müəllimin işinə xitam verilib.

Rəsmi məlumata əsasən, Gəncə şəhər 34 nömrəli məktəbin müəllimi Cavid Rzayev şagirdini döydüyü üçün barəsində  müəllimin şagirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:

“Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib. Təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda, şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”.

Təbii ki, məktəbdə situasiyasından və səbəbindən asılı olmayaraq bir şagirdin döyülməsinə, bullinqə məruz qalmasına heç cür haqq qazandıra bilmərik. Bu, nə hüquqi, nə də mənəvi-etik müstəvidən doğru sayılar. Əvvəldən də deyim ki, doğrudur, fiziki təmas, döyülmə olayı ilə bağlı hər hansı əyani fakt-video, səs yazısı və s. – olmasa da, hadisənin yaşanmasını belə müəllim adına neqativ nüans kimi qəbul etməliyik. 

Amma...

Elə bugün biur çoxları tərəfindən paylaşılan video - Gəncədə işdən qovulan müəllimlərinin-Cavid Rzayevin tədrisə  yenidən bərpası üçün şagirdlərin etiraz səsini əks etdirən video şəxsən məni çox təsirləndirdi. Çoxdan idi ki, bu cür olayın şahidi olmamışdım. Maraqlı və nümunəvi mənzərə idi: Şagirdlər  müəllimlərinə sahib çıxırdılar! Hətta illərlə şagirdin yalnız saçını tumaylayan, ona güldən ağır söz belə deməyən müəllimlərin belə həsəd aparacağı görüntülər idi. Görəsən, bugün şagirdlərdə bu dərəcədə sevgini, etiraz səslərini qaldıracaq qədər böyütdükləri  müəllim sayğısını qazanan nə qədər təhsilverənimiz var?! Dünənki olayı, müəllimlə bağlı verilən qərarı da bir anlıq kənara qoyduq. Fakt əslində bu idi- Şagird öz müəllimini tək qoymurdu! Səbəbindən asılı olmayaraq, nəticənin nə olub-olmayacağından asılı olmayaraq... 

Doğrudur, yenə də müəllimə  haqq qazandırmaq olmaz, hər bir halda məktəb daxilində ən kiçik dərəcəli bullinqə belə yol verilməməlidir... Amma bununla bağlı birdən-birə ən sərt cəza mexanizminə  keçid şəxsən mənim üçün anlaşılmazdır. Legitim həll yolu budursa, indiyədək niyə tətbiq olunmurdu? Çünki sirr deyil ki, hazırda məktəblərimizdə ara-sıra bu kimi hallara, müəllim tərəfindən uşaqlarla kobud rəftara rast gəlinir. Onların arasında döyülmə  faktları da az deyildir. Amma şəxsən mən- həm media nümayəndəsi, həm də tədqiqatçı kimi 10 ilə yaxındır təhsilin içərisində olan, baş verən prosesləri hər gün izləyən və incələyən biri bu kimi halın-yəni, döyülməyə görə müəllimin işdən çıxarılmasının şahidi olmamışam. Doğrudur, hadisənin baş verdiyi məktəbin aid olduğu rəsmi distansiya-Regional Təhsil İdarəsi, Elm və Təhsil Nazirliyi tərəfindən xəbərdarlıq, töhmət və ya şiddətli töhmət kimi rəsmi cəzalar verilib. Bu, anlaşılan və təqdirəlayiq bir haldır. İşə xitam verilməsi qərarı isə baş vermiş olayın müqabilində isə çox ağır göründü. Bu, Cavid Rzayevlə yanaşı, müəllim adının sanbalına da müəyyən mənada təsir edən amilə çevrilə bilər. 

Biz hələ baş vermiş olayı, mövcud situasiyanı tam bilmədiyimiz üçün əlavə nəsə söyləyə bilməsək də, müəllimə işə xitama qədərki xəbardarlıq xarakterli cəzaların da verilə biləcəyini, daha doğrusu, verilməli olduğunu düşünürük. 

Müəllimlərin etik davranış Qaydalarına əsasən təhsilverən şəxsin riayət etməli olduğu kodekslərdən biri də peşəkarlıq və fərdi məsuliyyət prinsipidir.

Bu prinsipə əsasən müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə

funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir.

Həmçinin, Müəllimlərin etik davranış Qaydalarının 4.1.9-cü maddəsində deyilir: “Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir”.

Davranış qaydalarına əsasən bu kimi hallara yol verildiyi təqdirdə müəyyən edilmiş inzibati addımlar da atılır:

“Bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir” (Müəllimlərin etik davranış Qaydaları; 6.3.6)

Göründüyü kimi,  məktəb daxilində analoji olay yaşandıqda məktəb rəhbərliyi, Pedaqoji Şura, ümumən aktiv kollektivlə onun intizam pozuntusu dərəcəsi müzakirə edilir, müəyyən tədbirlər ya daxili qayda əsasında həyata keçirilir, ya da hər hansı təqdimatla nəticələnir. Daha üst distansiya isə sırf bu təqdimat əsasında hər hansı qərar verir ki, bu da daha çox “töhmət”, “şiddətli töhmət”, “xəbərdarlıq” kimi rəsmi cəzalarla nəticələnir. Bir neçə il ərzində təkcə Bakı Şəhər Təhsil İdarəsinin bu kimi hallarla bağlı yuxarıda adıçəkilən qərarları az olmayıb. Sosial şəbəkələrdən və regionda yaşayan bir neçə müəllimdən aldığım məlumata görə işinə xitam verilən Cavid Rzayev həm şagird, həm də müəllim kollektivi tərəfindən simpatiya qazanmış bir şəxsdir. Onun həm müəllim kimi fəaliyyəti, həm də dərsdənkənar aktivlik göstəricisi müsbət nümunə kimi dəyərləndirilib.

Hər bir halda biz  şagirdlərin məhz özlərinin belə təşəbbüslə çıxış etmələrindən deyilənlər heç də yalan olmadığının bir daha şahidi oluruq. Çünki xüsusən də indiki alfa və zet nəslinin şagirdlərindən, ağıllı telefonların smart cihazların məngənəsində qalan uşaqlardan  heç də həmişə bu cür reaksiyanı görə bilmərik. Əvvəldə dediyim kimi, bugün bütün fəaliyyəti boyunca şagirdin saçını tumarlayan müəllim ola bilər ki, o da analoji situasiyada bəlkə də bu cür şagird reaksiyasını qazana bilməz. Deməli, müəllim şagirdlərə mənəvi-intellektual cəhətdən nəsə qazandırıb ki, onlar şagird yoldaşlarını deyil, məhz onu düşünüblər. Bu, təbii ki, müəllimlərinə olan sayğı və hörmətin göstəricisidir. Bu hadisə nəticənin nə olmasından asılı olmayaraq bizə çox şeyləri öyrətmiş oldu...

Son olaraq

Amma hər bir halda, səbəbindən asılı olmayaraq müəllim olan şəxs də fors-mojor hallarda emosiyalarını idarə etməyi bacarmalı və azyaşlı şagirdə zərrə qədər də olsa fiziki-psixoloji təsir imkanından  istifadə etməməlidir. Amma insan bəzən düşdüyü situasiyada təəssüf ki, düzgün olan qərarı verə bilmir. Əminik ki, Cavid müəllim əvvəlcə tədris prosesinə yenidən bərpa olunacaq və həmin şagirdlə, (valideynləri ilə) onun barışığını daha bir təhsil uğuru kimi qəbul edəcəyik.

P.S. Bu zaman isə mən, biz, hamımız, ürəkdən təbrik edəcəyik; özü də  Cavid müəllimdən də çox, bugün məhz onun üçün nəsə etməyə çalışan, bununla da müəllimə sayğı prinsipini hər kəsə göstərən həmin şagirdləri təbrik edəcəyik. 

Elmin Nuri

Təhsil eksperti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see290

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see141

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see131

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see123

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see121

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see119

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see118

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see116

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri