Icma.az
close
up
RU
Şagirdinin valideynini aldadan müəllimə hökm oxundu

Şagirdinin valideynini aldadan müəllimə hökm oxundu

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Sumqayıt Şəhər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səmayə Həsənovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv olunub.


İttihama görə, Səmayə Həsənova əvvəlcədən tanıdığı və normal münasibəti olduğu, qonşuluqda yaşayan zərərçəkmiş şəxs M.M.-nin (şərti) universitetə qəbul ola bilməyən oğlunu Gəncə Dövlət Universitetinə tələbə kimi qəbul olunmasını təşkil edə biləcəyi barədə yalan vəd verib. O, 2023-cü ildə həmin işin görülməsi müqabilində zərərçəkmişdən özünün yaşadığı evdə 8000 manat pul vəsaitini alaraq dələduzluq edib.


Məhkəmə iclasında Səmayə Həsənova elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, ixtisasca ingilis dili müəllimidir və uşaq hazırlığı ilə məşğul olur.


O, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, M.M.-ə vurduğu ziyanı tamamilə ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 2000 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
 

Kamal Məmmədov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Dekabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see144

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see134

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see130

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see125

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see116

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see115

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see115

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see113

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see113

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see112

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see112

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri