Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadıldı
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.
Bu barədə "Unikal"a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesinə avqustun 5-dən start verilib.

