8 Noyabr Azadlığın və qüdrətin əbədi rəmzi
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Azərbaycan xalqının çoxəsrlik tarixində elə anlar, elə dönüş nöqtələri var ki, onlar zamanın axarını tamamilə dəyişir, bir millətin taleyini yenidən yazır və onun qəddini əbədi olaraq dikəldir. 2020-ci il noyabrın 8-də qazanılan möhtəşəm qələbə məhz belə bir misilsiz tarixi hadisə, xalqımızın milli qürurunun bərpa olunduğu şərəf zirvəsidir. Bu unudulmaz gün sadəcə işğala son qoyulan adi bir təqvim tarixi deyil, bütöv bir millətin iradəsinin, sarsılmaz birliyinin və dövlətimizin qüdrətinin bütün dünyaya uca səslə elan olunduğu böyük bir dastandır. Otuz ilə yaxın bir müddətdə ürəyimizdə daşıdığımız o böyük nisgil, torpaq həsrəti məhz həmin payız günü yerini sonsuz bir fərəhə, qürura və gələcəyə olan böyük inama buraxdı.
Bu möhtəşəm zəfərin əsas memarı olan Ali Baş Komandan İlham Əliyev həm mürəkkəb siyasi arenada, həm də gərgin diplomatik cəbhədə göstərdiyi qətiyyətli mövqe ilə dövlətimizin gücünü və sarsılmaz iradəsini beynəlxalq miqyasda sübut etdi. Cənab Prezidentin rəhbərliyi ilə uzun illər ərzində həm iqtisadi, həm də hərbi sahədə atılan strateji və uzaqgörən addımlar ölkəmizi bu böyük tarixi qələbəyə addım-addım, böyük bir təmkinlə yaxınlaşdırdı. Ən çətin anlarda belə beynəlxalq hüququn prinsiplərinə söykənən prinsipial mövqeyindən geri çəkilməyən dövlət başçısı xalqı vahid bir məqsəd ətrafında birləşdirməyi bacardı. Bütün dünya azərbaycanlılarının onun rəhbərliyi altında sıx birləşməsi, sarsılmaz bir dəmir yumruğa çevrilməsi qarşıda duran bütün maneələri darmadağın etdi və haqq səsimizin dünyada eşidilməsini təmin etdi.
Haqq savaşımızın ön cəbhəsində dayanan rəşadətli Azərbaycan Ordusu isə döyüş meydanında dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq əsl qəhrəmanlık salnaməsi yaratdı. Müasir döyüş strategiyalarını və ən son hərbi texnologiyaları mükəmməl şəkildə tətbiq edən əsgər və zabitlərimiz keçilməz hesab olunan mühəndis istehkamlarını, sıldırım qayaları və çətin relyef şəraitini böyük bir rəşadətlə aşaraq düşməni diz çökdürdü. Bu müqəddəs mübarizədə canını Vətən uğrunda fəda edən şəhidlərimizin əziz xatirəsi, qazilərimizin göstərdiyi misilsiz şücaət sayəsində 30 illik yurd həsrətinə cəmi 44 gündə son qoyuldu. Azərbaycan əsgərinin döyüş meydanında nümayiş etdirdiyi yüksək vətənpərvərlik, fədakarlıq və sarsılmaz döyüş ruhu ordumuzun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi.
İndi bu böyük zəfərin ardınca ölkəmizin hər bir guşəsində, azad edilmiş qədim yurd yerlərimizdə ucalan üçrəngli bayrağımız bu böyük qələbənin, sülhün və əbədi azadlığın ən parlaq rəmzi olaraq dalğalanmaqdadır. Zəfər günü hər bir azərbaycanlının qəlbində sonsuz bir fərəh oyatmaqla yanaşı, həm də gələcək quruculuq işlərinə böyük bir stimul verir. Bu şanlı dastan xalqımızın sarsılmaz birliyinin, dövlətimizin qüdrətinin və şanlı ordumuzun yenilməzliyinin əbədi rəmzi olaraq nəsillərdən-nəsillərə ötürüləcək, tariximizin ən parlaq səhifəsi kimi hər zaman qürurla xatırlanacaqdır.
İlham Məmmədov,
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü
Bu mövzuda digər xəbərlər:Zəngilan azadlığın və yenidənqurmanın rəmzi
20 Oktyabr 2025 12:14
8 Noyabr Zəfəri: Birliyin və qüdrətin simvolu
04 Noyabr 2025 23:30
Qubadlı azadlığın və milli qürurun rəmzi
26 Oktyabr 2026 11:18
8 Noyabr Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu
06 Noyabr 2024 10:32
Azadlığın kölgəsində yazılanlar
05 Yanvar 2026 17:11
Baxış sayı:115
Bu xəbər 03 Noyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















