“Sağlam bədən, sağlam zehin” mövzusunda konfrans FOTO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan İdman Akademiyasının rəhbər heyəti “Sağlam bədən, sağlam zehin” mövzusunda müzakirələrdə çıxış edib.
İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyası (AİA) rektorunun müşaviri Fərid Mansurov və AİA-nın proqram rəhbəri Qalib Əbiyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransın I panelində spiker qismində iştirak ediblər.
Respublika Uşaq Gənclər İnkişaf mərkəzində baş tutan konfransın məqsədi məktəbdənkənar təhsildə mövcud və beynəlxalq çağırışları müzakirə etmək, bu sahədə həll yollarını araşdırmaq, yeni təcrübə mübadiləsi və gələcək perspektivlərin müəyyənləşdirilməsidir.
“Sağlam bədən, sağlam zehin” panelində müzakirələrə qoşulan Azərbaycan İdman Akademiyasının (AİA) rəhbər heyəti ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini bildiriblər. Onlar AİA-nın idman sahəsində mütəxəssislərin hazırlamasındakı rolundan bəhs edib, konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
İdman.biz
Baxış sayı:146
Bu xəbər 13 Fevral 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















