Icma.az
close
up
RU
Yaradıcı ruh sağlam bədən

Yaradıcı ruh sağlam bədən

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İncəsənət insan həyatında çox vaxt estetik zövq, emosional rahatlıq və ya asudə vaxtın mənalı keçirilməsi kimi qəbul olunur. Lakin elm getdikcə daha aydın şəkildə göstərir ki, yaradıcılıq və sənətlə təmas sadəcə ruhu deyil, bədəni də qoruyan güclü bir mexanizmdir. London Universitet Kollecinin alimlərinin son araşdırması bu həqiqəti bioloji səviyyədə sübut edən nadir elmi işlərdən biridir.

Muzey zalında sakit addımlarla gəzmək, konsert salonunda musiqiyə qulaq asmaq, opera səhnəsində insan səsinin gücünü hiss etmək və ya fırçanı kətan üzərində hərəkətə gətirmək – bütün bunlar görünməz, lakin təsirli dəyişikliklər yaradır. Alimlərin qənaətinə görə, incəsənətlə hər bir təmas orqanizmdə iltihabı azaldan, beynin sağlamlığını dəstəkləyən zülalların fəaliyyətinə birbaşa təsir göstərir. Başqa sözlə, sənət təkcə duyğularımıza deyil, hüceyrələrimizə də toxunur.

Tədqiqatın aparıcı müəllifi, professor Deyzi Fankortun sözləri bu fikri daha da gücləndirir: incəsənət və sağlamlıq arasındakı əlaqə artıq romantik metafora deyil, konkret bioloji mexanizmlərlə izah olunan reallıqdır. Orta yaşı 53 olan təxminən 6 min insanın qan analizinə əsaslanan bu genişmiqyaslı araşdırma göstərib ki, mədəni həyatla fəal təmasda olan insanların orqanizmində həyati əhəmiyyət daşıyan zülallar fərqli “davranır”.

İncəsənətin həyatın ayrılmaz hissəsi olduğu insanlarda hüceyrələrin yenilənməsi, immun sisteminin tənzimlənməsi və iltihab prosesləri daha sağlam məcrada gedir. Bu dəyişikliklər isə statistikadan daha ağır nəticələr doğurur: belə insanların insult, ürək-damar xəstəlikləri, diabet, xroniki ağciyər problemləri, depressiya və demensiya ilə üzləşmə riski xeyli aşağı olur. Elmi dillə desək, yaradıcılıqla nəfəs alan həyat daha dayanıqlı olur.

Xüsusilə diqqətçəkən məqam beynin vəziyyətidir. Araşdırma göstərir ki, incəsənətlə zəngin həyat tərzi beyində sintez olunan xüsusi zülalların səviyyəsini artırır. Məhz bu zülalların çatışmazlığı Altsheymer, şizofreniya, bipolyar pozuntu və epilepsiya kimi ağır xəstəliklərlə əlaqələndirilir. Onların yüksək səviyyəsi isə daha güclü yaddaş, daha aydın düşüncə və neyrodegenerativ risklərin azalması deməkdir. Sanki sənət beynə əlavə bir nəfəs, düşüncəyə isə dayaq verir.

Beləliklə, incəsənət yalnız mədəniyyətin və estetik zövqün sahəsi deyil, eyni zamanda, sağlamlığın mühafizəçisidir. Alimlərin gəldiyi nəticə sadə, amma dərin mənalıdır: insan nə qədər çox yaradır və sənətlə ünsiyyətdə olursa, onun orqanizmi də bir o qədər sağlam və davamlı olur. Görünür, fırça, musiqi və səhnə yalnız gözəllik yaratmır – onlar insan ömrünü də uzadır.

S.ELAY
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri