Icma.az
close
up
RU
Sağlam əzələ, sağlam bədən...

Sağlam əzələ, sağlam bədən...

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatəlidir. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Əzələlər bədənin ayrı-ayrı hissələrini və ya bütün hissələrini hərəkətə gətirir. Əzələlər əzələ liflərindən təşkil olunur. Əzələ lifləri isə birləşdirici toxuma qatı ilə birləşərək əzələ dəstələri əmələ gətirir...
Bədənimizdə irili-xırdalı 500-dən çox əzələ var. Bu əzələlərdən bəziləri kiçik (məsələn, göz əzələlərimiz kimi), bəziləri isə böyükdür (məsələn, ayaq əzələlərimiz kimi). Əzələlərimizin vəzifəsi enerjini gücə çevirmək və bunu bütün həyatımız boyu fasiləsiz yerinə yetirməkdir. Əzələləri fəaliyyətə gətirən qan damarları və sinirlərdir. Qan damarları əzələləri oksigenlə, sinirlər isə əzələləri hərəkətlə təmin edir. Bədənimizdəki əzələlərin bəziləri idarə edilən, bəziləri isə idarə edilməyəndir. İdarə edilən əzələlər skeletlə bağlı olan əzələlərdir. Biz hərəkət etdikcə sümüklərlə birlikdə bu əzələlər də hərəkət edir. Ürək və mədə əzələlərimiz isə idarə edilməyən əzələlərdir. Bunlar biz heç bir hərəkət etməsək də, öz-özlərinə hərəkət edirlər. Hətta, ürək və mədə əzələlərimiz biz yuxuda olanda belə, öz vəzifələrini yerinə yetirirlər. Bədənimizdəki bəzi əzələlər isə həm bizdən asılı olaraq, həm də bizdən asılı olmayaraq fəaliyyət göstərirlər. Məsələn, göz qapaqlarımız buna misal ola bilər. Ümumiyyətlə isə, insanın təkcə üzündə 40-dan çox əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar meydana gəlir. Başqa heç bir canlının üzündə bu qədər əzələ yoxdur. İnsanın ən hərəkətli əzələləri isə göz əzələləridir. Göz əzələləri gündə təqribən 100.000 dəfə yığılır. Ən güclü əzələlər çənə, ən böyük əzələlər isə omba əzələləridir.
Əzələlərimizi imkanlarından artıq işləməyə məcbur etmək, əvvəlcə hərəkətimiz çətinləşdirmək, sonra isə dayandırmaq deməkdir. Buna səbəb toxumalarda yığılan laktik turşusunun əzələləri yormasıdır. Əzələlərin laktik turşusundan "azad olması" üçün isə oksigen lazımdır. Çox yorulanda tez-tez nəfəs almağımız da elə bununla bağlıdır. Başqa sözlə, əgər yorğunluğa səbəb olan bu maddə qanın daşıdığı oksigenlə təmizlənməsə, əzələ işləyə bilməz.
Əzələlərin həm anatomik strukturlarına, həm də iş xüsusiyyətlərinə görə isə üç növü mövcuddur. Bunlar, uyğun olaraq, eninəzolaqlı əzələlər, saya əzələlər və ürək əzələləridir.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Mart 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri