Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Saqqızı udsanız bədəninizə nə baş verir?

Xərçəng xəstələrinin sayı 67% artacaq

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Sağlam cəmiyyətin formalaşması üçün nə etməli?

Sağlam cəmiyyətin formalaşması üçün nə etməli?

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Sağlam cəmiyyətlərin yetişməsi, formalaşması üçün bir sıra amillər var.

Məsələn, buraəsas amillər kimi elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasını da aid etmək olar.

Bəs bu amillər necə, nə cür hazırlanmalıdır?

Əlbəttə, ümumi olaraq bütün sahələri deməli olsaq da, xüsusi ilə təhsildə, təbliğat vasitələri olan media və televiziyalarda da olması vacib şərtlərdəndir.

Bəs hazırda hal-qəziyyə necədir?

Bu ənənənin daim və daha yüksək şəkildə təşkil olunması üçün nələr etmək lazımdır?

Bu barədə Gununsesi.info-ya danışan keçmiş deputat, təhsil eksperti Etibar Əliyevin fikrincə, bu cür proqramlar əsasən məktəb dövrünə şamil edilməlidir:

“Qeyd edilən bu sahələrdə, əlbəttə, boşluqlar var. Bu proqramlar əsasən orta məktəb dövrünə şamil edilməlidir. Bu gün bir çox Qərb ölkələrində, məsələn, fəlsəfə tədris olunur. Bizdə də repititorluq fəaliyyəti həyata keçirilir. Ümumiyyətlə, bu istiqamətdə ədəbiyyat qıtlığı da var. İndiki informasiya cəmiyyətində gənclərə hansı ədəbiyyatları tövsiyyə etməliyik ki, tənqidi təfəkkürə malik olan gənclər yetişsin? Gərək bu işi görə bilən şəxslər kənarda saxlanılmasın, mütəxəssislər yaxşı fəaliyyət göstərsin. Televiziyalarda da mədəni-maarif verilişləri azdır, onlar daha çox əyləndirməyə, güldürməyə meyillidirlər. Digər tərəfdən isə televiziya rəhbərləri qeyd edirlər ki, bu proqramların tamaşaçıları yoxdur. Əslində isə, bu, sınaqdan da keçirilməyib. Əgər keçirilsə, kifayət qədər tamaşaçı da toplaya bilərlər. Yadımdadır, bizdə Sovet vaxtı verilişlər olurdu, adicə elə təbiət haqqında olan verilişlərə baxanda orada kitab adları çəkirdilər, bizdə də biliyə motivasiya yaranırdı. Düşünürəm, əsas problemlərdən biri də elə məhz televiziyalarda elmin populyarlaşdırılmasının kifayət qədər təbliğ olunmamasıdır. İndiki gənclikdə elmə qarşı bir fobiya, qorxu var. Bunu götürmək üçün belə proqramlara, təbliğata ehtiyac yaranır. Mən bir dəfə İctimai Tv-yə təklif etmişdim bu sahədə bir verilişin hazırlanmasına, amma səs gəlmədi.”

Milli Məclisin deputatı Elnarə Akimova isə televiziyalarda bu cür təbliğat proqramlarının az da olsa varlığını qeyd edir:

“Əslində, kanallarımızda elmi-ədəbi, mədəni-maarif, təhsil proqramlarının sayı az da olsa var və kifayət qədər sanballı şəkildə ortaya qoyulanları da az deyil. Sadəcə, bu gün televiziyada ağırlıq təşkil edən şou verilişləri, sosial yönümlü proqramlar o qədər bayağı, antiestet bir ruhla hazırlanır ki, nəticədə ağıllı, intellektual tamaşaçını da ekran qarşısından perik salır. “Çıxış yolu nədədir?” soruşursuz. Bu, artıq kanal rəhbərlərinin milli şüur, milli təəssübkeşliyinə bağlı məsələdir. Sən hansı insanı yetişdirmək istəyirsənsə, hansı səviyyə sənin göstəricindirsə, piştaxtaya həmin malı, mətahı qoyursan. Amma vacib bir məqamı unutmayaq. Milli dəyərləri, əsrlərlə formalaşan mənəvi əxlaqı, yaddaş işini reytinqin qurbanına çevirmək olmaz. Belə yanlışları tarix sonradan təshih etmir. Çıxış yolu kimi lazımsız verilişləri kənarlaşdırıb, tamaşaçı zövqünün, düşüncəsinin maariflənməsinə yönəlmiş verilişlərə diqqəti artırmaq ən azı, sabahlı bir gələcəyin qurulması üçün zəruri amildir. Mədəniyyətlə, tədrislə bağlı verilişləri forma və məzmunca elə yeniləmək lazımdır ki, ətrafına ciddi auditoriya toplamağa müvəffəq olsun. Proqram siyasətini düzgün qurandan sonra bunları reallaşdırmaq əslində, o qədər də çətin bir iş deyil.”

Milli Məclisin digər bir deputatı Vüqar İskəndərov da maariflənmə prosesinin daha intensiv olmasını vurğulayır:

“Bu dəqiqə əksər adamları dindirəndə televiziyaya baxmadığını deyir, həm də vurğulayır ki, Azərbaycan efirlərində maarifləndirici heç nə yoxdur. Əvvəla, biz nə istəyiriksə, televiziyalar da onu verməyə çalışır. O qədər insan var ki, söz düşəndə baxmadığını deyir, amma lazım olanda da bütün proqramı danışır. Bizdə Aztv və İtv var ki, onlara baxanda elmi, mədəni, maarifçilik, təhsil, poeziya, siyasət, bir sözlə, bütün yaxşı nə iş varsa, hamısının verildiyini görmək olur. Bəs bunun özü heç nədir? Təkcə bununla da yekunlaşmır. Hətta əyləncəli proqramlarda belə milli-mənəvi dəyərlər təbliğ edilir. Tez-tez klassik filmlərimiz yayımlanır, tərbiyəvi mövzularda da proqramlar olur. Daha nə yoxdur ki? Doğrudur, düşünmürəm ki, buna kütləvi baxılır. Bəli, bəzi özəl televiziyalarda problemlər çoxdur bu sahədə. Amma onlar da çalışır ki, insanların ən çox istədiyini versin. Hansı televiziya özünə ziyan vurar ki? Buna görə o cür televiziyalar daha çox sosial sifarişlər əsasında olan materialları təqdim edirlər. Son zamanlar xüsusi ilə gənc adamlar deyir ki, televiziyaya baxmıram, amma onların da hamısı altervativ olaraq sosial şəbəkədə baxır hər şeyə. Məsələn, televiziyalar da sosial şəbəkədə baş verənləri, trend olan mövzuları verir. Bu da düşünürəm ki, işin keyfiyyətini aşağı salır. Televiziya yanlız insanların istədiklərini verməli deyil, mütləq şəkildə yaxşı işlərə yer ayrılmalıdır. Çıxış yolunu həm də televiziyaların, elə sosial şəbəkələrin öhdəsində görürəm. Bunların arxasında duran insanlar vətəndaş mövqeyi sərgiləməlidirlər. Əlbəttə, peşəkarlıq vacibdir, maariflənməyə yer çox verilməlidir. Üstəlik, metod da düzgün olmalıdır. Məsələn, indi insanlar uzun nələrəsə baxmağı sevmir. Çatdırılan mesaj qısa və konkret verilməlidir.”

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlıya görə də bu sahələrdə media və televiziyalarda verilişlərin yoxluğu narahatlıq doğurur:

“Çox təəssüf ki, Sovet dövründən sonra Azərbaycanda mənəvi, sosial, intellektual deqredasiya gedir və bunda medianın, televiziyaların rolu mütləqdir. Hətta az qala 99%-dir. Yəni, bir xalqın psixologiyasını, onun karakterini, xüsusiyyətlərini, adət-ənələrini formalaşdırmaq kütləvi informasiya vasitələrinin üzərindən gedir həmişə. Bu, bütün dünyada tarix boyu belə olub, bu gün də belədir. Bir cəmiyyətə nə təbliğ olunursa, nə nümunə göstərilirsə, nəyə şərait yaradılırsa, cəmiyyətdə o formada inkişaf prosesi gedir. Bu məsələdə deyərdim ki, medianın rolu 99%-dir və cəmiyyətin önündə həmişə intellektuallar, ziyalılar, müdrik şəxslər olmalıdır. Çox təəssüf ki, bizdə indi belə deyil. Sovet dövründə bizdə elita ziyalılar, alimlər, yazıçılar idi. Mədəni-maarif məsələlərinə gəldikdə, bu, kapitalizmin çox pis bir tendensiyalarından biridir. Yəni, maddi həzzlər, əyləncə üzərindən gəlir əldə etmək. Harada gəlir, kommersiya marağı varsa, hər kəs ona üstünlük verməyə çalışır. Nədənsə, bizdə elmi verilişlər, yazılar kənara atıldı, ziyalılar efirə çıxmadı. Mən məsələn, uzun müddətdir efirdə alim sifəti görmürəm. Bu gün teatra getmək, əyləncə yerlərinə getmək, kitab oxumaq, faydalı seriala, sənədli filmə baxmaq əvəzinə, mənasız videolara baxmaq daha çox yayğın hal alıb. Artıq proses elə bir həddə gəlib ki, bu, tələb-təklif məsələsinə çevrilib. Hazırda insanlar özləri intellektual verilişlərə baxmır, yazıları, kitabları oxumur, teatra, kinoya, mədəni tədbirlərə maraqlı deyil. Ancaq əyləncə, şou, reklam- bu kimi məsələlərdir. Və artıq bu, mənəvi deqredasiyanın açıq nümunəsidir.
Çox təəssüf ki, Azərbaycanda ziyallar kütlərin önündə getmək əvəzinə arxasında qaldılar. Önə çıxan isə ziyalılar yox, bu xalqın açıq düşmənləri oldu.

Elçin Bayramlı həmçinin vəziyyətin belə olmasında başqa qüvvələrin olmağını da qeyd edir:

“Bu xalqı mənəvi deqredasiyalar məruz qoymaq istəyən xarici və daxili qüvvələr var.
Eyni zamanda, sadəcə, belə bir məqsədi olmayan, yalnız pul qazanmaq, kommersiya məqsədi olan qruplar da bu işdə rol oynayır. Bunların nəticələri isə pisdir. Sonda gənclər arasında əxlaqsızlıq, kriminal hadisələr, cəhalət artır. Yəni, normal nə varsa sıradan çıxır. Bu, kompleks, qlobal bir proqramdır, qlobal mərkəzlərdən də burada idarə olunur. Bu dövrdə artıq çıxış yolu tapmaq da çətindir. Bunu dəyişmək üçün çox uzun onilliklər lazımdır. O da xüsusi, qəti bir dövlət siyasəti, ciddi bir nəzarət sistemi qurulmaqla sağlam cəmiyyət formalaşdırılmasına gedilməlidir. Çıxış yolu, məncə, dediyim kimi, ancaq elə bir sistem qurulmalıdır ki, dövlət burada sərt müdaxilə eləməlidir, bütün bu mənfi hallar yığışdırılmalıdır, media vasitəsilə ancaq mənəvi təbliğatlar aparılmalıdır. Bunları icra edən adamlar ortalıqdan götürülməlidir, bir çox qadağalar qoyulmalıdır əxlaqsızlıq hallarına qarşı. Uzun bir proses, uzun bir böyük vaxt lazımdır ki, yenidən biz sağlam cəmiyyət formalaşdıraq. Bu da nəzəri cəhətdə mümkündür, qalır praktika.”

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see619

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see421

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see283

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see272

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see267

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see265

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see249

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see240

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see237

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see230

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see230

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see228

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see217

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see215

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see211

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see193

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see190

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see188

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see179

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri