Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sağlam gələcək üçün sağlam vərdişlərə üstünlük verilməlidir

Sağlam gələcək üçün sağlam vərdişlərə üstünlük verilməlidir

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Müasir dövrdə insanların qidalanma vərdişləri sürətlə dəyişir və bu dəyişikliklər bəzən sağlamlıq üçün ciddi təhlükələr yaradır. Xüsusilə şəkərli içkilərin, qazlı suların, enerji içkilərinin, paketlənmiş şirin çayların və süni meyvə şirələrinin gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilməsi son illər daha çox narahatlıq doğurmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bu içkilər qısa müddətdə insan orqanizmində enerji artımı və “rahatlıq” hissi yaratsa da, onların uzunmüddətli istifadəsi ciddi sağlamlıq fəsadlarına yol açır: "Şəkərli içkilərin ən təhlükəli cəhətlərindən biri onların yüksək kalorili olması və bu kalorilərin bədəndə ehtiyac duyulmadan yığılmasıdır. İnsan bu içkiləri qəbul etdikdə toxluq hissi yaşamır və buna görə də əlavə yemək istehlakı ilə yanaşı, artıq şəkər və enerji də qəbul etmiş olur. Bu isə piylənməyə və maddələr mübadiləsinin pozulmasına səbəb olur. Statistik göstəricilər sübut edir ki, şəkərli içkiləri mütəmadi qəbul edən şəxslərdə artıq çəki, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəlikləri riski daha yüksək olur. Eyni zamanda bu içkilər qaraciyərə də mənfi təsir göstərir. Xüsusilə tərkibində yüksək fruktoza olan içkilər qaraciyərdə yağ yığılmasını sürətləndirir. Bu, tədricən qeyri-alkoqollu qaraciyər piylənməsinə, daha sonra isə qaraciyər funksiyalarının pozulmasına gətirib çıxara bilər. Zeynalovanın sözlərinə görə, bu vəziyyət bir çox insan tərəfindən gec hiss olunur və yalnız ciddi fəsadlar baş verdikdə aşkar edilir.

Bundan əlavə, şəkərli içkilər diş sağlamlığı üçün də böyük təhlükə mənbəyidir. Onların tərkibindəki şəkər və turşular diş minasını zəiflədir, kariyes və digər ağız boşluğu xəstəliklərinə yol açır. Eyni zamanda, bu içkilər sümük toxumasına da mənfi təsir göstərərək, gənc yaşlardan başlayaraq sümük sıxlığının azalmasına və osteoporoz riskinin artmasına səbəb ola bilər. Tutu Zeynalova qeyd edir ki, xüsusilə uşaqlar və yeniyetmələr arasında bu cür içkilərin geniş yayılması gələcəkdə ciddi bir ictimai sağlamlıq problemilə nəticələnə bilər. Bununla yanaşı, bəzən insanlar şəkərli içkiləri enerji məqsədilə istifadə edirlər. Məsələn, idmandan sonra və ya zehni yorğunluq zamanı bu içkilər qısa müddətli enerji verə bilər. Lakin bu enerji təbii və davamlı deyil. Əksinə, şəkərin sürətli yüksəlişi orqanizmdə insulin səviyyəsinin ani dəyişməsinə səbəb olur və bu da bir müddət sonra daha böyük yorğunluq, halsızlıq və əsəbilik hissi yaradır. Bu cür dövri şəkər dalğalanmaları isə uzun müddət ərzində hormon balansını pozur və sinir sisteminə də mənfi təsir edir.

Susuzluğun yatırılması üçün şəkərli içkilərdən deyil, əsasən təmiz su, şəkərsiz bitki çayları və ya təbii sıxılmış meyvə şirələrindən istifadə edilməlidir. Əgər insanlar şəkərli içkilərdən tamamilə imtina edə bilmirsə, heç olmasa onların qəbul tezliyi və miqdarı ciddi şəkildə azaldılmalıdır. Xüsusilə ailələr və valideynlər bu məsələdə daha həssas olmalı, uşaqların və yeniyetmələrin erkən yaşlardan bu vərdişə aludə olmalarının qarşısını almalıdırlar. Ümumilikdə isə, şəkərli içkilərin gündəlik istifadəsi bir çox hallarda zərərli vərdişlərdən biri hesab olunmalı və cəmiyyət bu barədə maarifləndirilməlidir. Sağlam gələcək üçün sağlam vərdişlərə üstünlük verilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri