Sağlam olmaq istəyənlər bu məhsuldan imtina etsin
Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Şəkər ən ziyanlı məhsullardan biri sayılır. Bir çox araşdırmalar göstərib ki, şəkərdən imtina insanın sağlamlığına müsbət təsir edir.
Yaxınlarda Amerika alimləri bu mövzuda 700 nəfər insan iştiraki ilə yeni araşdırma aparıblar. Araşdırmada iştirak edənlər 9 gün ərzində şəkər qəbul etmirdi. Daha sonra onlar müayinə olunub. Məlum olub ki, hətta belə qısa müddət ərzində iştirakçıların qan təzyiqi və insulinin səviyyəsi tənzimlənib, xolesterinin səviyyəsi azalıb.
Ekspertlər vaxtaşırı olaraq şəkərdən imtina etməyi tövsiyə edirlər. Söhbət istənilən şirniyyatlardan, şirin qazlı içkilərdən, kolbasa-sosis (onların tərkibində də şəkər var) və s. məhsullardan gedir.
Saglamolun.Az
Baxış sayı:118
Bu xəbər 15 Noyabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















