Sağlam qocalığın təməli hələ ana bətnindən qoyulmalıdır Həkim
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Sağlam yaşlanma hər kəsin arzusudur, lakin bu prosesə yalnız yaşlılıq dövründə başlamaq heç bir nəticə vermir".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “İnstaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova bildirdi.
Onun sözlərinə görə, sağlam qocalığın təməli hələ ana bətnindən qoyulmalıdır.
"İnsan yaşlı vaxtı sağlam olmaq istəyirsə, buna uşaqlıqdan, cavanlıqdan, orta yaşdan diqqət etməlidir. Ata-ana olmağa hazırlaşan cütlüklərə zərərli vərdişlərdən imtina, düzgün qidalanma, fiziki aktivlik və stresdən uzaq qalmağın vacibliyi izah edilməlidir. Uşaq dünyaya gələndən sonra onun pediatr nəzarətində olması, xəstəliklərin vaxtında müalicəsi gələcəkdə xroniki problemlərin yaranmasının qarşısını alır. Uşaqlıq və gənclik dövründə müalicəsi yarımçıq qoyulan xəstəliklər yaş artdıqca xroniki hala çevrilir və yaşlılıqda daha çox əziyyət verir. Çünki insan yaşlandıqca xəstəlik olmasa belə, orqanizmdə yaşa bağlı dəyişikliklər baş verir. Sağlam yaşlanma strategiyasının əsas prinsipi profilaktikanı sıfır yaşdan – ana bətnindən başlamaq və düzgün davam etdirməkdir", - deyə N.Əhmədova vurğuladı.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















