Icma.az
close
up
RU
Sağlam həyatın təməli təbii və balanslaşdırılmış qidalanmadır HƏKİM

Sağlam həyatın təməli təbii və balanslaşdırılmış qidalanmadır HƏKİM

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Son illərdə urbanizasiya, həyat tempinin sürətlənməsi və qidalanma vərdişlərinin dəyişməsi nəticəsində hazır və yarımfabrikat qidaların istehlakı nəzərəçarpacaq dərəcədə artmışdır".

Bu fikirləri SİA-ya açıqlamasında ailə həkimi Fidan Həsənli deyib.

Onun sözlərinə görə, bu məhsulların vaxta qənaət etməsi və əlçatan olması onların geniş istifadə olunmasına səbəb olsa da, müntəzəm və həddindən artıq istehlakı qeyri-infeksion xroniki xəstəliklərin inkişafı baxımından mühüm risk faktorlarından biri hesab olunur:

"Hazır və yarımfabrikat qidalar adətən yüksək enerji dəyərinə malik olmaqla yanaşı, tərkibində natrium, doymuş və trans yağ turşuları, sadə karbohidratlar, konservantlar, emulqatorlar, dad gücləndiricilər və digər qida əlavələri yüksək miqdarda olur. Eyni zamanda, bu məhsulların əksəriyyəti pəhriz lifləri, vitaminlər, minerallar və digər bioloji aktiv maddələr baxımından kasıbdır. Məhz bu balanssız tərkib onların uzunmüddətli istehlakı zamanı metabolik və ürək-damar sisteminə mənfi təsirlərin yaranmasına səbəb olur.

Ən aktual problemlərdən biri natrium qəbulunun normadan artıq olmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, böyüklər üçün gündəlik duz qəbulu 5 qramdan artıq olmamalıdır. Lakin hazır qidaların müntəzəm istifadəsi nəticəsində bu göstərici əhəmiyyətli dərəcədə artır. Natriumun artıq qəbulu arterial hipertenziyanın inkişafına, ürəyin yüklənməsinə, böyrəklərin funksional ehtiyatının azalmasına və ürək-damar ağırlaşmalarının, o cümlədən miokard infarktı və beyin insultunun riskinin yüksəlməsinə səbəb olur.

Bundan başqa, bu məhsulların tərkibində olan doymuş və xüsusilə sənaye mənşəli trans yağ turşuları lipid mübadiləsinə mənfi təsir göstərir. Onlar aşağı sıxlıqlı lipoproteinlərin (LDL xolesterin) səviyyəsini yüksəldir, yüksək sıxlıqlı lipoproteinlərin (HDL xolesterin) səviyyəsini isə azaldır. Bu dəyişikliklər aterosklerotik prosesin sürətlənməsinə, koronar arteriya xəstəliyinin və digər ürək-damar patologiyalarının inkişafına zəmin yaradır.

Yüksək kalorili, lakin aşağı qida dəyərinə malik hazır məhsulların müntəzəm istehlakı enerji balansının pozulmasına və piylənmənin inkişafına səbəb olur. Piylənmə isə metabolik sindromun əsas komponentlərindən biri olmaqla 2-ci tip şəkərli diabet, arterial hipertenziya, dislipidemiya, qeyri-alkoqollu qaraciyər piylənməsi və bir sıra onkoloji xəstəliklərin riskini artırır.

Hazır qidalarda sadə karbohidratların və əlavə şəkərin yüksək olması qanda qlükoza səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olur. Bu hal mədəaltı vəzin β-hüceyrələrinin funksional yüklənməsinə, insulinrezistentliyin formalaşmasına və uzunmüddətli dövrdə 2-ci tip şəkərli diabetin inkişafına şərait yaradır.

Digər mühüm məqamlardan biri isə bağırsaq sağlamlığına təsiridir. Pəhriz liflərinin azlığı bağırsaq peristaltikasının zəifləməsinə, qəbizliyə və bağırsaq mikrobiotasının tərkibində dəyişikliklərə səbəb ola bilər. Son illərdə aparılan tədqiqatlar göstərir ki, bağırsaq mikrobiotasının disbalansı yalnız həzm sistemi xəstəlikləri ilə deyil, həmçinin piylənmə, metabolik sindrom, immun sisteminin funksional pozğunluqları və bəzi iltihabi xəstəliklərlə də əlaqələndirilir.

Ultra-emal olunmuş qidaların uzunmüddətli istehlakı ilə bağlı aparılmış epidemioloji araşdırmalar onların ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, piylənmə və kolorektal xərçəng də daxil olmaqla bəzi onkoloji xəstəliklərin inkişaf riskini artırdığını göstərir. Bu səbəbdən beynəlxalq klinik tövsiyələrdə belə məhsulların istehlakının minimuma endirilməsi tövsiyə edilir.

Uşaq və yeniyetmələrdə bu problem daha böyük əhəmiyyət daşıyır. Böyümə dövründə qida rasionunun əsas hissəsini hazır məhsullar təşkil etdikdə zülal, vitamin və mikroelement çatışmazlığı, artıq çəki, insulinrezistentlik və erkən yaşlarda metabolik pozğunluqların yaranma ehtimalı artır. Bundan əlavə, uşaqlıq dövründə formalaşan qeyri-sağlam qidalanma vərdişləri sonrakı yaşlarda da davam edərək xroniki xəstəliklərin yaranmasına zəmin yaradır.

Vurğulamaq lazımdır ki, hazır və yarımfabrikat məhsulların arabir istifadəsi əksər hallarda ciddi problem yaratmır. Lakin onların gündəlik qidalanmanın əsas komponentinə çevrilməsi məqsədəuyğun hesab edilmir. Profilaktik baxımdan qida rasionunun əsasını təzə hazırlanmış yeməklər, tam taxıllar, tərəvəz və meyvələr, paxlalılar, keyfiyyətli zülal mənbələri və sağlam yağlar təşkil etməlidir.

Həmçinin istehlakçılar məhsul seçərkən qida etiketlərini diqqətlə oxumalı, natrium, əlavə şəkər, doymuş yağ və trans yağların miqdarına xüsusi diqqət yetirməlidirlər. Sağlam qidalanma prinsiplərinə əməl edilməsi, müntəzəm fiziki aktivlik və bədən kütlə indeksinin normal həddə saxlanılması qeyri-infeksion xroniki xəstəliklərin profilaktikasında əsas yanaşmalardan biridir.

Nəticə etibarilə, hazır və yarımfabrikat qidalar gündəlik qidalanmada istisna hallarda istifadə oluna bilər, lakin onların davamlı və həddindən artıq istehlakı sağlamlıq üçün ciddi risklər yaradır. Həkim olaraq tövsiyə edərdim ki, vətəndaşlar mümkün qədər təbii, az emal olunmuş və balanslaşdırılmış qidalanmaya üstünlük versinlər. Bu, həm xəstəliklərin profilaktikası, həm də uzunmüddətli sağlam həyatın qorunması baxımından ən doğru yanaşmadır".

Lətifə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyul 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri