Icma.az
close
up
RU
Sağlamlıq ilk növbədə mətbəxdə formalaşır

Sağlamlıq ilk növbədə mətbəxdə formalaşır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür 

İnsan həyatının ritmi dəyişdikcə süfrəmizin məzmunu da dəyişir. Sürətlənən zaman, hazır qidalar, tez bişən yeməklər, cəlbedici, lakin sağlamlıq üçün təhlükəli məhsullar gündəlik həyatımıza daxil olur. Burada bir sual yaranır: biz yediklərimizi idarə edirik, yoxsa yediklərimiz bizi? Məhz bu sualın cavabını xatırlatmaq üçün hər il 29 may tarixində Ümumdünya Həzm və ya Sağlam Qidalanma Günü qeyd olunur. 

Həmin gün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub. Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq Konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Belə ki, həmin vaxt Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün Sağlam Qidalanma Günü elan edilməsi qərara alınıb.

Beynəlxalq qeyri-hökumət, peşəkar tibb federasiyası olan Ümumdünya Qastroenteroloqlar Təşkilatı yüzdən çox milli cəmiyyəti və dörd regional assosiasiyanı birləşdirir. Qurumun 50 mindən çox fərdi üzvü var.

Ümumdünya Sağlam Qidalanma Gününü qeyd etməkdə əsas məqsəd əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroentoloji xəstəliklərin sayının çoxalması barəsində xəbərdarlıq etməkdir. Mütəxəssislərin fikrincə, ürək-damar və bəzi onkoloji xəstəliklərin böyük hissəsi məhz qeyri-sağlam qidalanma ilə bağlıdır. Hətta bəzi tədqiqatlara görə, xəstəliklərin 80 faizə qədəri qida vərdişləri ilə əlaqələndirilir. Eyni zamanda statistika göstərir ki, əhalinin 50–60 faizi düzgün olmayan qidalanma və həyat tərzi səbəbindən müxtəlif həzm problemləri yaşayır. BMT və ÜST-nin məlumatlarına görə, qeyri-sağlam qidalanma artıq dünyada ölüm və xəstəliklərin əsas risk faktorlarından birinə çevrilib. 

Mövzu ilə bağlı qastroenteroloq-hepatoloq  həkim Nazlı Qasımovaya müraciət etdik.  Həkim bildirdi ki, o, klassik mənada pəhriz yanaşmasını dəstəkləmir və pasiyentlərinə daha çox sağlam qidalanma vərdişlərini formalaşdırmağı tövsiyə edir: “Mən pəhrizi sevmədiyim üçün pasiyentlərimə sərt məhdudiyyətlər qoymaq əvəzinə, davamlı və balanslı sağlam qidalanma qaydalarına əməl etməyi məsləhət görürəm.”

Onun sözlərinə görə, qısa müddətli və ciddi qadağalarla müşayiət olunan pəhrizlər uzunmüddətli effekt vermir və bir çox hallarda pasiyentlər əvvəlki qidalanma rejiminə qayıtdıqda problemlər yenidən ortaya çıxır. Buna görə də əsas məqsəd gündəlik həyat tərzinə uyğun, davamlı və sağlam qidalanma modelinin qurulmasıdır.

Həkim vurğuladı ki, mədə-bağırsaq sistemi xəstəlikləri və qastroezofageal reflüks zamanı müalicə kompleks şəkildə aparılmalıdır və bu prosesdə düzgün qidalanma ən azı 50 faiz rol oynayır. O qeyd etdi ki, qidalanma rejiminə əməl olunmadıqda dərman müalicəsinin effektivliyi azalır və istənilən nəticəni əldə etmək çətinləşir.

Nazlı Qasımovanın fikrincə, sağlam qidalanma müntəzəm qida qəbulu, porsiyaların düzgün bölünməsi və zərərli qidaların məhdudlaşdırılması ilə xarakterizə olunur. O bildirdi ki, gün ərzində qida qəbulunun kiçik porsiyalarla və tez-tez təşkil olunması, uzun fasilələrdən və həddindən artıq yeməkdən qaçınılması vacibdir.

Həkim əlavə etdi ki, qızardılmış, yağlı, ədviyyəli və hisə verilmiş qidaların, həmçinin fast-food və yarımfabrikat məhsulların istifadəsi minimuma endirilməlidir. Eyni zamanda, rasionda tərəvəz və meyvələrin artırılması, kifayət qədər su qəbulunun təmin edilməsi həzm sisteminin düzgün fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır.

Həkim qaraciyər piylənməsi probleminə də toxunaraq bildirdi ki, bu xəstəlik dünyada sürətlə artan ciddi sağlamlıq problemlərindən biridir və vaxtında tədbir görülmədikdə qaraciyər sirrozu kimi ağır fəsadlara səbəb ola bilər. Mütəxəssisin sözlərinə görə, diabet xəstələrinin təxminən 70–80 faizində qaraciyər piylənməsi müşahidə olunur və bu halların 10–20 faizi sonda sirroza qədər inkişaf edə bilir. Vurğuladı ki, problemin əsas səbəbləri hərəkətsiz həyat tərzi və düzgün qidalanmamaqdır. Bu baxımdan şüarımız: “az yemək, daha çox hərəkət etmək” olmalıdır.

Mütəxəssis qeyd etdi ki, qastroezofageal reflüksdən əziyyət çəkən şəxslər axşam saatlarında ağır yeməklərdən uzaq durmalı, yatmazdan ən azı 2–3 saat əvvəl qida qəbulunu dayandırmalıdırlar. Onun sözlərinə görə, qəhvə, qazlı içkilər və şokolad kimi məhsullar bəzi hallarda şikayətləri artıra bilər.

Nazlı Qasımova sonda vurğuladı ki, sağlam qidalanma yalnız müalicə dövrü üçün deyil, ümumilikdə həyat tərzinin ayrılmaz hissəsinə çevrilməlidir və fiziki aktivlik, düzgün yuxu rejimi, eləcə də stressin idarə olunması həzm sistemi sağlamlığının qorunmasında mühüm rol oynayır.

Sağlam Qidalanma Gününün əhəmiyyəti ilə bağlı qida təhlükəsizliyi üzrə mütəxəssisin də fikirlərini  öyrəndik. Qida təhlükəsizliyi  üzrə konsaltinq  xidmətləri göstərən şirkətin baş icraşı direktoru Seymur Qafarov  mövzuya münasibət bildirərək qeyd etdi ki, Ümumdünya Sağlam Qidalanma Günü ilə bağlı keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən təşkil olunur və eyni zamanda Qida Təhlükəsizliyi Günü ilə bağlıdır. Dünya ölkələrində bu günlər hər il qeyd olunur və adətən bu çərçivədə müxtəlif toplantılar keçirilir, əhəmiyyətli məqalələr təqdim olunur, həmçinin qida zəhərlənmələri, qida təminatı və təhlükəsiz qidalanma ilə bağlı aktual mövzular ictimaiyyətə çatdırılır.

Bu günün əsas məqsədi cəmiyyətin diqqətini qida təhlükəsizliyi mövzusuna yönəltməkdir. Ölkəmizdə də bu sahəyə böyük əhəmiyyət verilir və aidiyyəti qurumlar tərəfindən müxtəlif məlumatlandırıcı görüşlər keçirilir, ictimaiyyətlə informativ məlumatlar paylaşılır. 

Ekspertin sözlərinə görə, qida təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə istehlakçı özü məsuliyyətli davranmalıdır. “Ən azı, aldığı məhsulların tərkibi ilə tanış olmalı və etiket məlumatlarını diqqətlə oxumalıdır. Bu məsələ ölkəmizdə “Qida təhlükəsizliyi haqqında” 523 saylı qanunun 15-ci maddəsi ilə tənzimlənir.

Əgər məhsullar düzgün saxlanılmırsa və ya keyfiyyətsizdirsə, bununla bağlı dərhal müvafiq qurumlara məlumat verilməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi də həmin qanunun 15-ci maddəsində öz əksini tapır və alıcı öz hüquqlarını tələb edə bilər.”

S.Qafarov qurumlar tərəfindən mütəmadi monitorinqlər aparılmalı olduğunu da xüsusi vurğuladı: “Ümumdünya Sağlam Qidalanma Günü çərçivəsində ictimaiyyətə, xüsusilə özəl sektorda çalışan mütəxəssislərə real bazar vəziyyəti və istehlakçı davranışları haqqında məlumatlar təqdim olunmalı, dövlət və özəl sektor arasında əməkdaşlıq davamlı şəkildə inkişaf etdirilməlidir.

Aparılan monitorinqlərin nəticələri təkliflər şəklində ictimaiyyətə açıqlanmalıdır. Qida zəhərlənmələri ilə bağlı statistik məlumatlar onlayn şəkildə əlçatan olmalı, regionlar və mövsümlər üzrə paylaşılmalıdır ki, insanlar bu barədə məlumatlı olsunlar.

Bundan əlavə, maarifləndirici posterlər, bilbordlar yerləşdirilməli, qida təhlükəsizliyi standartlarına cavab verən sahibkarlıq subyektləri müəyyənləşdirilməli və onlara dəstək göstərilməlidir. Müntəzəm olaraq ictimaiyyətə informativ məlumatlar təqdim olunmalıdır. Yalnız bu halda bu günün əhəmiyyəti ilə bağlı real nəticələr əldə etmək mümkündür” –deyə o bildirdi. 

Bəli, bu gün dünyada sağlam qidalanma artıq fərdi seçimdən daha çox ictimai sağlamlıq məsələsinə çevrilib. Dövlətlər, beynəlxalq təşkilatlar və tibb mütəxəssisləri bu istiqamətdə müxtəlif proqramlar həyata keçirir, insanları maarifləndirməyə çalışırlar. Çünki sağlam cəmiyyət yalnız sağlam fərdlər üzərində qurula bilər. Sağlamlıq isə apteklərdə deyil, ilk növbədə mətbəxdə formalaşır. Hər gün etdiyimiz seçimlər – bir stəkan qazlı içki əvəzinə su içmək, fast food əvəzinə təbii qida seçmək – gələcəyimizin keyfiyyətini müəyyən edir.

Nurəngiz Adilqızı

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 May 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see278

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see264

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see260

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see248

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see233

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see232

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see231

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see227

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see226

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see225

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see217

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see217

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see210

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see210

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see209

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see205

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see201

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see196

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see196

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri