Icma.az
close
up
RU
Sağlamlıq üçün təhlükəli ola biləcək 6 mətbəx səhvi

Sağlamlıq üçün təhlükəli ola biləcək 6 mətbəx səhvi

Icma.az bildirir, News24 portalına istinadən.

Mütəxəssislər bildirirlər ki, bu səhvləri mətbəxdə çox zaman evdar qadınlar və yemək bişirənlər edir.

News24.az-ın xarici mediaya istinadla məlumatına görə, bir çox insanlar evdə istifadə etdikləri məhsulların keyfiyyətinə diqqət yetirirlər. Lakin buna baxmayaraq, elə səhvlər var ki, onlar yeməklərin faydasını azalda və sağlamlığa zərər verə bilər.

1. Yağın həddindən artıq istifadəsi

Yağ yeməyə dad qatır və yanmanın qarşısını alır, lakin həddindən artıq istifadə:

Kalorilərin artmasına

Zərərli yağların orqanizmdə toplanmasına

Xolesterin səviyyəsinin yüksəlməsinə və ürək-damar xəstəliklərinə səbəb ola bilər

Nə etməli?

Zeytun və ya avokado yağı seçin. Qızartma yerinə qrildə bişirmə, sobada bişirmə və ya buğda bişirmə üsullarını seçin. Silikon altlıq və ya perqament kağızı istifadə edin. Yağ püskürdən spreylərlə minimal miqdarda yağ əlavə edin

2. Teflon örtüklü qabların istifadəsi

Yüksək temperaturda və ya zədələndikdə teflon tavalar zərərli maddələr (PFAS) ifraz edə bilər. Bu maddələr:

Hormon pozğunluqları

Ürək-damar xəstəlikləri

Onkoloji risklərlə əlaqələndirilir

Alternativlər

Dəmir, keramika və ya paslanmayan polad tavalar daha sağlam seçimdir.

3. Keyfiyyətsiz inqrediyentlər

Ev mətbəxində inqrediyentləri seçmək imkanınız var, lakin ucuz və emal olunmuş məhsullar (məsələn, ucuz yağlar, souslar) tərkibində trans yağlar ola bilər ki, bunlar faydalı deyil.

Əvəzləyin

Zeytun yağı və ya kokos yağı. Yüksək keyfiyyətli kərə yağı. Təmiz heyvani piy (qovurma yağı)

4. Dəmir qabların yanlış qulluq olunması

Dəmir qablar istiliyi yaxşı saxlayır və əla bişirmə verir. Amma düzgün qulluq edilməzsə, istifadə təhlükəli ola bilər.

Nə etməli?

İstifadədən sonra yaxşıca yuyun və qurudun. Üzərinə nazik yağ qatı çəkin ki, paslanmasın

5. Tərəvəzlərin çox bişirilməsi

Tərəvəzlər vitamin və minerallarla zəngindir. Amma çox bişdikdə faydalı maddələr məhv olur.

Təklif olunan üsullar

Buharda bişirmək

Sobada bişirmək

Az miqdarda qısa müddətli qızartma

Tanınma əlaməti: Rəngi qaralmış tərəvəzlər – artıq lazımi dərəcədən çox bişmiş deməkdir.

6. Rasionda çox duzun olması

Duz demək olar ki, hər məhsulda var və onu normadan artıq qəbul etmək çox asandır. Tövsiyə olunan maksimum miqdar: gündə 2300 mq natrium.

Çox duzun fəsadları

Yüksək təzyiq

Bədəndə maye yığılması

Böyrəklərə yük

Ürək xəstəlikləri riski

Necə azaldılmalı?

Duz əvəzinə: reyhan, kəklikotu, rozmarin, sarımsaq, zəfəran kimi ədviyyatlardan istifadə edin. Limon suyu və ya sirkə ilə yeməyə dad qatın. Aşağı natriumlu bulyonlardan istifadə edin. Duzu tədricən azaldın ki, damaq dadı uyğunlaşsın.

Nəticə: Evdə yemək bişirmək qidalanma keyfiyyətinə nəzarət etməyə imkan verir. Lakin çox yağ, duz, səhv qablar və yanlış bişirmə üsulları sağlamlıq üçün risk yarada bilər. Sadə məsləhətlərə əməl etməklə həm yeməklər daha faydalı olar, həm də sağlamlığınızı qoruyarsınız./Lent.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Aprel 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri